“Əli Kərimlinin birbaşa göstərişi və rəhbərliyi altında növbəti bir zərərli tendensiyanın əsası qoyulub”. Bunu SİA-ya açıqlamasında AGAAMC-in sədri, fəlsəfə doktoru İlqar Orucov deyib.Onun sözlərinə görə, onun idarə etdiyi trol qrupları sosial şəbəkələrdə paylaşdıqları müxtəlif təxribat xarakterli paylaşımlarla birbaşa qanunları pozurlar: “İnsanları təxribatlar törətməyə səsləmək, pozuculuq aktları reallaşdırmaqla bağlı çağırışlar kimi qanunazidd hərəkətlər mütləq hüquq mühafizə orqanları tərəfindən nəzarətə götürülməli və qanunlar çərçivəsində bu pozucu ünsürlərə qarşı tədbirlər görülməlidir. Bu gün Azərbaycanda demokratik prinsiplər, insanların söz azadlığına, fikir müxtəlifliyinə və internetdən istifadəsinə heç bir məhdudiyyətin olmaması o demək deyil ki, kim nə istəyirsə, ağlına nə gəlirsə onu paylaşmalıdır. Biz yaxşı bilirik ki, xaricdəki söyüş söyən mənəviyyatdan və əxlaqdan uzaq məxluqlar hansı mərkəzlərdən idarə olunurlar və onları himayə edən kimlərdir. Eyni ilə bu mərkəzlər tərəfindən Ə.Kərimli və onun trol dəstəsi təlimatlandırılır. Məqsəd Azərbaycanda təxribatlar törətmək, müxtəlif üsullarla ölkədəki sabitliyi pozmaqdır.Bütün günü kompüter arxasında oturaraq sosial şəbəkələrdə trolluq edən bu adamlar haradan maliyyələşirlər? Nədir bunları bu cür iyrənc mübarizəyə sövq edən? Görünən odur ki, bu şəbəkə məqsədli şəkildə idarə olunur və açıq-aşkar konkret tapşırığı yerinə yetirirlər. Hər hansı bir ölkədə baş verən hansısa hadisəni əks etdirən neqativ bir foto görəndə onu Azərbaycanın adına paylaşaraq insanları çaşdırmaq niyyəti güdürlər. Elementar bir təbiət hadisəsini siyasi şouya çevirərək onun əks effektindən faydalanmaq istəyirlər. Bədbəxt hadisələri siyasətə və siyasi hakimiyyətə bağlamaq cəhdləri və bununla da hakimiyyətə qarşı inamsızlıq cəhdləri formalaşdırmaq əslində siyasi əxlaqsızlığın nümunələridir və təəssüf edirəm ki, buna da gedirlər və bununla da mahiyyət etibarilə hansı əxlaq sahibi olduqlarını nümayiş etdirirlər. Bütün bu kimi əməllərini davam etdirərkən kənarda qaldıqları cəzasızlıq onları daha da azğınlaşdırır. Ona görə də dövlətə qarşı təhdidlər yağdıran, təxribat formalaşdırmaq istəyən, pozuculuq etməyə cəhd edən istənilən adam qanun qarşısında ən sərt formada cəzasını almalıdır”.
sia.az