PDF Oxu

Siyasət

  • 5 608

Bəs nə oldu, Əli Kərimli? TƏRS BAXIŞ

Bəs nə oldu, Əli Kərimli? TƏRS BAXIŞ

Düz iki həftədən çox idi ki, AXCP sədri Əli Kərimlinin dirijor çubuğu ilə idarə olunan “Milli Şura” sosial şəbəkələrdə, “youtube”nin canlı yayımlarında bar-bar bağırıb mitinq çağırışları edirdilər. Qənimət Zahid bir tərəfdən, Sevinc Osmanqızı o biri tərəfdən, Avropadakı küçə uşaqları da digər tərəfdən “qoymagəldi” prisnipi əsasında necə deyərlər, “dağı-dağ üstünə qoymaqdaydılar”. Bəs hökumət mitinqə icazə verməsə belə edəcəyik, mitinq keçirmək üçün yer verməsələr söz azadlığı hüququmuzdan istifadə edib icazəsiz aksiyalara başlayacağıq və s. Sözün qısası, əməlli-başlı meydan oxuyurdular hakimiyyətə. Bəs nə oldu..?

Motodromda, “avtoşkola”da mitinq keçirənlər sizlər deyildinizmi?
Bu oldu ki, BŞİH “Milli Şura”nın müraciətinə müsbət cavab verdi və mitinqin keçirilməsinə etiraz etmədi, hətta yer də təklif etdi – Lökbatanda istifadəyə verilmiş yeni və bütün müasir standartlara cavab verən stadionu! Söz yox ki, onlar sadəcə vəziyyəti gərginləşdirib, süni ictimai narazılıq yaratmalıydılar və bunun üçün də Ə.Kərimli dərhal öz yan-yörəsindəkilərlə cumdular klaviaturalara ki, təklif olunan yerdən imtina edirlər. Bəs onların narazılıqlarının daha bir səbəbi nə idi? Axı bu gün də bir çoxlarının xatirindədir ki, vaxtilə həmin bu “Milli Şura” təlxəkləri məhz “Məhsul” stadionu təklif edilərkən də özlərini ülgücləyir, yaxa-başlarını cırıb, şalvar-tumanlarını başlarına çəkirdilər ki, bəs ora mitinq keçirmək üçün yararsızdır və s. Amma sonradan, ruslar demişkən, “kak milinkiy” adıçəkiən stadionda mitinqlər keçirməyə başladılar. Halbuki, hazırda təklif olunan Lökbatan stadionu “Məhsul”dan daha geniş, daha iritutumlu, daha səliqəli və daha əlverişlidir.Mən hələ onu da xatırlada bilərəm ki, həmin bu qaragüruh vaxtilə Motodromda, hətta 20-ci sahə deyilən ərazidəki “abtoşkola” meydanında mitinqlər keçirməyə razılıq vermişdilər. Bəs indi nə oldu? Lökbatandan niyə imtina edildi ki? Əgər iddia olunursa ki, onlar Bakı şəhəri ərazisində aksiya keçirmək istəyirlər, bu zaman Lökbatanın Bakının Qaradağ rayonu ərazisində yerləşdiyini də “Milli Şura” qaragüruhlarının qafalarına çatdırmaq gərəkdir.
Hətta özünüz-özünüzü belə, satmaqla məşğulsunuz!
Əslində, imtina səbəbinin digər reallıqları var ki, həmin reallıqlardan biri də zəifliyin, gücsüzlüyün, qorxaqlığın, hürkəkliyin nüunəsidir. Adama deyərlər ki, əgər sən həqiqətən də əminsən ki, tərəfdarlarından kütləvi dəstək alırsan, əminsən ki, harada olursa-olsun, sənin yanında olacaqlar, onda birdən-birə siyasi mütrüblük etməyin nə mənası var?Yeri gəlmişkən, ötən gün AXCP-nin Fransadakı robot-jurnalisti Qənimət Zahid Lökbatandakı yerdən imtinanın səbəblərindən biri kimi, guya “Milli Şura”nın mitinqlə bağlı müraciətinə bir iş günü qalmış, yəni gec cavab verildiyini “əsas” gətirib. Amma onu da bildirib ki, “Milli Şura” rəhbərliyi öncədən hökumətin təqdim edəcəyi yerləri təxmin etmişdi (?) Maraqlıdır ki, əgər siz hökumətin təklif edəcəyi yerləri təxmin etmişdinizsə, demək ki, hər an hazırlıqlı olmalıydınız. İndi olmamısınızsa, hökumət nə etsin? Bəlkə gedib günahı yenə də özünüzdə axtarasınız? Misal üçün, özünüzü günahlandırasınız ki, bu millətin, xalqın sizdən zəndeyi-zəhləsi gedir, hansı yuvanın quşları olduğunuzu da yaxşı bilir, ona görə də rədd edir sizin kimi dövlət, xalq maraqlarını ora-bura satan qaragüruhu. Hətta özünüz-özünüzü belə, satmaqla məşğulsunuz! Uzağa getməyərək, Fuad Qəhrəmanlı faktını ortaya qoyuram, yəni ictimailəşmiş səs yazısını...
Hanı “on minlərlə fədakar fəallar”, “AXCP-yə axın edən yüzlərlə üzvlər”???
Nəticə etibarı ilə fakt budur ki, hakimiyyət “Milli Şura”nın mitinq keçirməsinə rəsmən icazə verdi və Əli Kərimli bundan imtina etdi, bir sıra çoxsaylı şübhəli məqamlarla bağlı sualları cavabsız qoydu, yayındı, ictimai fikri digər məsələlərə yönəldərək, daxilindəki qorxaqlığını gizlətməyə çalışdı. Hətta onun iddia etdiyi kimi, “on minlərlə fədakar fəallar”, “AXCP-yə axın edən yüzlərlə üzvlər” də yoxa çıxdılar. Onların saxta profillərlə trolluq etmələri demə Ə.Kərimlidə elə təəssürat yaratmışdı ki, həqiqətən də onun on minlərlə üzvləri varıymış... Çox gülməli və istehzalı bir məsələdir bu əslində...

Rövşən NURƏDDİNOĞLU

P.S. Beləliklə, Əli Kərimlinin və ətrafının oyunbazlıqları, sözün əsl mənasında isə, polyaçilikləri bura qədərmiş. İndi də saxta iddialarını irəli sürüb, icazəsiz aksiyalar keçirmək üçün dəridən-qabıqdan çıxacaqlar. Yəni şəhərin künc—bucaqlarında beş-on nəfər atlanıb-düşəcək və onların qarşısını güc strukturları alacaq, sonra da ki, gəl keyfim gəlll..! Axsın qrantlar sel kimi. Amma çətin axsın, çünki bunların qrant “krantları” da quruyub. Çünki xarici ağaları da Ə.Kərimlidən, ümumiyyətlə qragüruh hay-həşirçilərdən əllərini üzüblər.

sia.az

Digər xəbərlər