PDF Oxu

Siyasət

  • 3 859

"Problemin kökündə həmsədrlərin öz maraqlarından çıxış etməsi dayanır” MÖVQE-ÖZƏL

"Problemin kökündə həmsədrlərin öz maraqlarından çıxış etməsi dayanır” MÖVQE-ÖZƏL

“ATƏT-in Minsk qrupu həmsədrlərinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı xarici işlər nazirlərinin növbəti görüşündə sonrakı bəyanatı heç bir ümid, irəliləyiş vəd etməyən diplomatik sənəddən başqa bir şey deyil”. Bu fikirləri SİA-ya politoloq Nəzakət Məmmədova deyib.Həmsədrlərin yaxın vaxtlarda bölgəyə səfər etmək niyyətində olduğunu deyən politoloq səfərin yaxşıya doğru nəsə dəyişdirəcəyinə inam olmadığını dilə gətirib.O bildirib ki, bu cür səfərlər illərdir davam edir və ortada heç bir nəticənin olmadığı gün kimi aydındır: “Minsk qrupunun həmsədrləri dünya siyasətində hegemon rol oynayan dövlətlər olduqlarından, lazım gəldikdə ən mürəkkəb beynəlxalq məsələləri belə qısa bir zamanda həll edirlər”.Azərbaycan tərəfinin dəfələrlə qeyri-rəsmi də olsa, həmsədrlərin dəyişdirilməsi, formatın yenilənməsi istiqamətində müxtəlif cəhdlər göstərdiyini qeyd edən N. Məmmədova vurğulayıb ki, Almaniya, Türkiyə və s. ölkələrin həmsədr olması müzakirə olunsa da, təəssüf ki, bu ideyaların hamısı iflasa uğrayıb.Onun sözlərinə görə, bu gün də ABŞ, Rusiya və Fransa münaqişəni öz monopoliyasında saxlamaqda davam edir: “İşğala məruz qalan tərəf olan Azərbaycana öz torpaqlarını güc yolu ilə azad etməyə imkan verilmir, həmsədrlərin tərkibinə digər konstruktiv mövqeli dövlətlərin daxil edilməsinə mane olurlar. Müəyyən konstruktiv mövqeyi olan, münaqişədə marağı olmayan dövlətlərin tənzimlənmə prosesinə cəlb edilməsi münaqişənin həlli istiqamətində müəyyən irəliləyişlərə səbəb ola bilərdi. Lakin hazırda həmsədrlərin tərkibi dəyişmədiyindən, heç bir irəliləyişə ümid bəsləmək olmaz. Bütün problemin kökündə ATƏT-in Minsk qrupu həmsədrlərinin öz maraqlarından çıxış etməsi dayanır”.

sia.az

Digər xəbərlər