PDF Oxu

Siyasət

  • 3 360

“Bunları hansısa bir azərbaycanlının edəcəyinə inanmaq çətindir” – Millət vəkili

“Bunları hansısa bir azərbaycanlının edəcəyinə inanmaq çətindir” – Millət vəkili

“Bizim hər birimizin bir fərd, bir vətəndaş olaraq borcumuz ilk növbədə ata-babalarımızdan bizə qalan milli-mənəvi dəyərlərimizi qoruyub saxlamaqdır. Hesab edirəm ki, bizim milli, mental dəyərlərimiz, böyüyə və kiçiyə göstərdiyimiz hörmət dünya xalqları içərisində ən yüksək dərəcədədir”. Bu fikirləri SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyasının Qaradağ rayon təşkilatının sədri, millət vəkili Aydın Hüseynov deyib.Millət vəkilinin sözlərinə görə, bu gün xaricdə oturub şər qüvvələrin maliyyə dəstəyi ilə öz dövlətinə qarşı iftiralar, böhtanlar yağdırmaq və xüsusilə Azərbaycan xalqının mental dəyərlərinə tamamilə yad olan söyüş dili ilə danışmaq yolverilməzdir: “Bunları hansısa bir azərbaycanlının edəcəyinə inanmaq çətindir. Haradan maliyyə dəstəyi aldıqları bəllidir. Azərbaycanın uğurlarını, ölkəmizdə gedən inkişafı gözü götürməyən qüvvələrin maliyyə dəstəyi hesabına bu kimi qaralama kampaniyalarını həyata keçirirlər. Məqsəd Azərbaycanda qarışıqlıq salıb, vətəndaşlar arasında narazılıq yaratmaqdır. Hesab edirəm ki, onların bütün cəhdləri boşdur. Çünki, Azərbaycan xalqı 1993-cü ildən etibarən Ulu Öndər Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşərək öz inkişaf yolunu müəyyənləşdirib. Bu gün cənab prezident dövlətimizi güclənməsinə, qüdrətlənməsinə nail olub. Xalqımız əldə olunan nailiyyətləri qoruyub saxlayacaq. Qətiyyətlə deyə bilərəm ki, söyüş kampaniyası aparanlar öz xalqı və tarixi qarşısında cavab verəcək. Xalqımızın əleyhinə olan heç bir hərəkət cavabsız qalmayacaq. Xalqımız özü onlara lazımi cavabları verəcək”.

yap.org.az

Digər xəbərlər