PDF Oxu

Siyasət

  • 4 246

“Onlar söyüş, şər-böhtan kampaniyası ilə heç bir nəticə əldə edə bilməyəcəklər” MÖVQE

“Onlar söyüş, şər-böhtan kampaniyası ilə heç bir nəticə əldə edə bilməyəcəklər” MÖVQE

“Son vaxtlar biz görürük ki, həm ölkə daxilində, bəzi Qərb dövlətlərində yaşayan və "mühacir" həyatı sürən, eyni zamanda bugünkü radikal müxalifətlə birgə işləyən bəzi ünsürlər Azərbaycan dövlətinə, xalqına və rəhbərliyinə qarşı söyüş, şər-böhtan kampaniyası aparırlar”. Bunları SİA-ya açıqlamasında millət vəkili Cavid Osmanov deyib.Millət vəkili bildirib ki, onların məqsədləri ölkəmizdə vəziyyəti yenidən 90-cı illərin əvvəlinə qaytarmaqdır: “Bu söyüş, şər-böhtan kampaniyasından ölkəmizdə anarxiya yaratmaq, sabitliyi pozmaq və eyni zamanda onların arxasında dayanan, ölkəmizi sevməyən, Azərbaycanın durmadan inkişaf etməsini gözü götürməyən qüvvələrdir. Təbii ki, bunların başında ilk növbədə erməni lobbisi və onlara dəstək olan müəyyən beynəlxalq qurumlar dayanır. Çalışdıqları da odur ki, ölkəmizin imicinə xələl gətirsin, Azərbaycan Prezidentinin apardığı məqsədyönlü siyasətə zərbə vursunlar. Lakin, onlar söyüş, şər-böhtan kampaniyasından heç bir şeyə nail ola bilməyəcəklər. Çünki, xalqımız Azərbaycan dövlətinin və prezidentinin yanındadır. 11 aprel 2018-ci ildə keçirilən prezident seçkiləri də buna sübutdur. Ondan sonra aparılan bir çox sorğular, o cümlədən Opinion Way-in bu yaxınlarda apardığı sorğular onu göstərdi ki, Azərbaycan xalqı cənab Prezidentimizin apardığı siyasəti dəstəkləyir və inanır”.

sia.az

Digər xəbərlər