“Müxalifətin birliyi ola bilməz”. Bunu SİA-ya açıqlamasında Vəhdət partiyasının sədri, millət vəkili Tahir Kərimli deyib.Onun sözlərinə görə, müxalif partiya sədrləri bir-birinə nifrət edirlər: “Əgər birlik barədə danışırlarsa, ideya irəli sürürlərsə, bu əslində görüntü xarakter daşıyır, əməldə fərqli mövqedədirlər. Fakt budur ki, müxalifət düşərgəsində qeyri-səmimi insanlar toplaşıb. Yəni, bir-birini sevməyən, nifrət edən, əks fikirlər söyləyən, hərəkətlər edən, arxasınca danışan, biri digərini bəyənməyən bu toplumun axı nə birliyi ola bilər? Ümumiyyətlə, bu günə qədər müxalifət düşərgəsini təmsil edən şəxslər tərəfindən bir çox birliklər yaradılıb. Amma onlar tərəfindən yaradılan həmin birliklər sonda parçalanıblar. Həmin birliklərin parçalanmasının da səbəblərindən biri şəxsi ambisiyalarının olması və bir-birlərinə qarşı qeyri səmimi olmağı ilə bağlıdır. Bir sözlə, onlar tərəfindən yaradılan formal birlikləri o daxili çat məsələsində üzə çıxır. Yəni belə olan halda da bir-birlərini ittiham edib parçalanırlar. Planlaşdırdıqları mitinqlərin alınmamasıda, bir-birini qəbul etməməsi və cəmiyyət tərəfindən rədd edilmələridir. Düşünürəm ki, mitinqlərə həvəs göstərməklə müxalifət partiyaları parçalanaraq tarixin arxivinə atılmaq məsələlərini daha da sürətləndirmiş olacaqlar”.
sia.az