PDF Oxu

Siyasət

  • 4 188

"2019-cu il tarixdə sosial islahatlar ili kimi qalacaqdır" ÖZƏL-MÜNASİBƏT

"2019-cu il tarixdə sosial islahatlar ili kimi qalacaqdır" ÖZƏL-MÜNASİBƏT

"Azərbaycan dövləti əsasını Ulu öndər tərəfindən qoyulmuş möhtərəm Prezidentimiz tərəfindən həyata keçirilən uğurlu islahatların nəticəsində ölkəmiz bütün sahələrdə inkişaf mərhələsinə keçərək sürətli inkişafa istiqamətləndi. Sürətli iqtisadi inkişaf nəticəsində ölkəmiz dünya ölkələri arasında xüsusi mövqeyə malik oldu“. Bunu SİA-ya açıqlamasında millət vəkili Eldəniz Səlimov deyib.Deputatın sözlərinə görə, "Doing Business 2019” hesabatında 32 pillə irəliləyərək ən islahatçı ölkələr sırasında 57-ci pillədən 25-ci yerə yüksəlib: "Ölkəmizin iqtisadi inkşafının sürətlənməsi nəticəsində şaxələnmiş iqtisadiyyatın inkişafına şərait yaratdı. Əhalinin sosial vəziyyətinin ildən-ilə yaxşılaşmasına təkan verdi. Ölkə ərazisində infrastruktur layihələr uğurla həyata keçirildi. 2004-cü ildən başlayan Regionların iqtisadi inkişafı dövlət proqramlarının icrası nəticəsində ölkəmiz regionun qüdrətli inkişaf etmiş ölkəsinə çevrildi. Dünya bankının nüfuzlu “ Doing Business 2020” təşkilatının müşahidələri və keçirdiyi sorğulara əsaslanaraq hazırladığı hesabatda 190 ölkə arasında ən islahatçı 20 ölkə sırasına daxil edilib.Azərbaycanda həyata keçirilən islahatların əsasını düzgün və məqsədyönlü idarəçiliyin mövcudluğu təşkil edir. Ulu öndər Heydər Əliyev elə bir idarəçilik alademiyası yaratmışdır ki, burada təhsil alan dinləmələrdə iştirak edən hər bir azərbaycan vətəndaşı ölkə başçısının rəhbərliyi altında ölkəmizin inkişafı naminə bir məqsədə xidmət göstərirlər. Neft kapitalı insan kapitalına istiqasmətləndirildi. Möhtərəm Prezidentimizin həyata keçirdiyi düzgün nə məqsədyönlü siyasət nəticəsində qonşu dövlətlərlə və ümumilikdə dünya dövlətləri ilə dostluq, əməkdaşlıq əlaqələri yaratmışdır. Bunu nəticəsində ölkəmizin nüfuzu artmaqda davam edir.2019-cu il tarixdə sosial islahatlar ili kimi qalacaqdır. Bu ildə dəfələrlə əhalinin sosial rifahını yaxşılaşdırmaq üçün Prezidentimiz tərəfindən bir neçə sərəncam imzalamış, minimum əmək haqqı 250 manata, minimum pensiya 200 manata, büdcədən maliyyələşən təşkilatlarda əmək haqları 50%-ə qədər artırılmışdır. Dünyanın bir sıra möhtəbər tədbirlərinə Azərbaycan ev sahibliyi edir. Beynəlxalq layihələrin həyata keçirilməsinə təşəbbüskar olmaqla onlara investitsiya yatırır. Buradan gələn əlavə vəsait insanların sosial vəziyyətinin daha da yaxşılşadırılmasına yönədilir.Ölkəmizin iqtisadi inkişafının sürət tempi bizə əsas verir ki, islahatlar davamlı olacaq. Neft kontraktının 25 ilinin yekunları bir daha əsas verir ki, bu sahədə inkişaf mövcuddur. Neft kontraktının müddəti daha 2050-ci ilə qədər srtırılması imzalandı. Qeyri neft sektorunun inkişafı demək olar ki, məhsul ixracına başlanılmışdır. Azərbaycanın “ Asan Xidmət” brendi dünyanı düşündürdü, bir sıra ölkələr təcrübə məqsədilə ölkəmizə gələrək bu xidməti öyrənərək ölkələrində tətbiq etməyə çalışırlar. Azərbaycanın sürətli iqtisadi inkişafı bizə deməyə imkan verir ki, Azərbaycanın növbəti illərdə Doing Business hesabatında birincilər sırasında yer alacaq.Dünyada həyata keçirilən ədalətli, beynəlxalq hüquqa əsaslanan bütün hesabatlar Azərbaycanın beynəlxalq aləmdə mövqeyini daha da möhkəmləndirilməsinə imkan yaradacaq. Inanırıq ki, beynəlxalq təşkilatların hazırladıqları hesabatlar beynəlxalq normalara uyğun keçirilərsə ölkəmiz inkişaf etmiş ölkələr sırasında yer alacaq, beynəlxalq aləmdə nüfuzu daha da artacaqdır".

sia.az

Digər xəbərlər