Siyasət

  • 3 394

Politoloq: "Paşinyan Azərbaycanı təxribata sürükləməyə çalışır" MÖVQE-ÖZƏL

image

“Reallığı baxdıqda Ermənistanın baş naziri Nikol Paşinyanın sülhə meylli olmadığını görmək mümkündür. O əksinə müharibənin başlanmasının tərəfdarıdır. Görünür onun müəyyən planları var və pölanları həyata eçirmək üçün o Azərbaycanı təxribata sürükləməyə çalışır”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Fikrət Sadıqov deyib.Paşinyanın son dövrlərdə ölkəsində reytinqinin aşağı düşdüyünü deyən politiloq söyləyib ki, Ermənistan baş nazirinin artıq etdiyi çıxşlar ciddi qəbul edilmir: “Çünki, Ermənistan xalqının onun hakimiyyətə gəlişi zamanı verdiyi vədlərlə bağlı bir sıra ümidləri var idi. Amma zaman keçdikcə, real vəziyyət göstərdi ki, onun nə daxili, nə də xarici siyasətdə heç bir dəyişiklik etməyə qadir deyil. Bu baxımdan onun müxtəlif bəhanələr ortaya ataraq, digər problemlərdən yayındırmaq, ölkəsindəki vəziyyəti unutdurmaq üçün Azərbaycanı təxribata çəkmək niyyətləri görünməkdədir”.F. Sadıqov söyləyib ki, Paşinyanı sülhə məcbur etmək mümkündür: “Lakin bunun üçün hegemon dövlətlər, eləcə də ATƏT-in Minsk qrupu həmsədrləri öz qəti mövqelərini ortaya qoymalıdırlar. Çox təəssüf ki, aparıcı dövlətlər yalnız öz maraqları çərçivəsində qəti mövqelərini ortaya qoyur, müxtəlif tədbirlər həyata keçirir, qətnamələrin yerinə yetirilməsində siyasi addımlar atırlar. Amma bu gün onlar Azərbaycanı Ermənistanla bərabərləşdirərək, dəyirmi masalar arxasında dəvət edirlər. Lakin onlar bilməlidirlər ki, ortada Azərbaycanın işğal olunmuş torpaqları, 1 milyondan çox yurd-yuvasından didərgin düşən insanlar, azərbaycanlılara qarşı təmizləmələr var. Bu baxımdan atılan addımlar ədalətli olmalıdır”.

sia.az

Digər xəbərlər