Siyasət

  • 4 028

YAP Mingəçevir şəhər təşkilatı Beynəlxalq Ahıllar Gününə həsr olunmuş tədbir keçirib

image

YAP Mingəçevir şəhər təşkilatı və Mingəçevir şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 1 Oktyabr Beynəlxalq Ahıllar Gününə həsr olunmuş sosial xarakterli tədbir keçirib. Ahıl yaşlı insanların iştirak etdiyi tədbirdə çıxış edən Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov tədbir iştirakçılarını bayram münasibətilə təbrik edərək ahıl yaşlı insanların sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı ölkəmizdə həyata keçirilən tədbirlər barədə məlumat verib. İ.İsmayılov Azərbaycan vətəndaşının sosial rifahının yaxşılaşdırılması Prezident İlham Əliyevin siyasətinin mərkəzində olduğunu qeyd edib. Eyni zamanda, İ.İsmayılov dövlət başçısının diqqət və qayğısı ilə şəhərdə aparılan abadlıq, tikinti-quruculuq işləri barədə məlumat verib.

YAP Mingəçevir şəhər təşkilatının sədri Cavanşir Yusubov çıxış edərək dövlətimizin hər bir vətəndaşının sosial rifahının təmin olunmasını, o cümlədən qayğıya ehtiyacı olan bütün insanları diqqət mərkəzində saxladığını bildirib. Onun sözlərinə görə, Yeni Azərbaycan Partiyası da ahıllara hörmət, diqqət və qayğı ilə bağlı xalqımızın ənənələrinin yaşadılması ilə bağlı tədbirlərini davam etdirir.
C.Yusubov deyib ki, YAP Mingəçevir şəhər təşkilatı, onun Gənclər Birliyinin üzvləri şəhər ərazisində yaşayan, qayğıya ehtiyacı olan ahıllara baş çəkib, ehtiyacı olan zəruri ərzaqla təmin ediblər.
Tədbirdə çıxış edən ahıllar çıxış edərək diqqət və qayğıya görə minnətdarlıqlarını bildirərək ölkə rəhbərinin həyata keçirdiyi daxili və xarici siyasəti dəstəklədiklərini bildiriblər.

yap.org.az

Digər xəbərlər