Siyasət

  • 3 458

"Əhalinin artımı ölkənin mövqeyini möhkəmləndirir" ÖZƏL-MÜNASİBƏT

image

"Azərbaycan Respublikası cənab İlham Əliyevin 2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasının keçirilməsi haqqında fərmanına uyğun olaraq 1 oktyabr 2019-cu il tarixindən bu mühüm əhəmiyyət kəsb edən prosesə start verildi. Məqsəd əhalinin tam əhatə olunması, dolğun uçotun təşkil edilməsidir". Bunu SİA-ya açıqlamasında millət vəkili Eldəniz Səlimov deyib.Deputatın sözlərinə görə, siyahıyaalma ölkəmizin gələcək inkişafının planlaşdırılması üçün əhaliyə dair demoktarik iqtisadi-sosial əlamətlər və dolğun məlumatlar əldə olunmasına xidmət edir: "Cənab Prezidentin qeyd etdiyi kimi “Azərbaycanda sosial-iqtisadi inkişaf demokratik inkişafla uzlaşır”. Ölkədə əhalinin artımı ölkənin mövqeyini möhkəmləndirir. Əvvəlki siyahıyaalmadan keçən müddət ərzində insanların yaşayış,mənzil şəraitində ciddi dəyişikliklər baş verir, miqrasiya prosesində müəyyən dəyişiklikəri müəyyənləşdirmək, əhalinin məşğulluğunu, gəlirlərini və digər məlumatları dəqiqləşdirmək məqsədilə siyahıyaalmanın xüsusi əhəmiyyətə malikdir. Siyahıyaalmanın sorğu vərəqlərində hər bir vətəndaşa aid bütün zəruri məlumatlar daxil edilmişdir. Siyahıyaalmanın nəticələri ölkəmizin gələcək inkişafı üçün hazırlanacaq dövlət proqramı və layihər üçün mühüm əhəmiyyət kəsb edən informasiya mənbəyi olacaqdır.Bütün bunları nəzərə alaraq qeyd etmək olar ki, siyahıyaalma ölkənin sosial-iqtisadi inkişafı ilə əlaqədar qəbul ediləcək dövlət sənədlərində mühüm rol oynayan dövlət əhəmiyyətli tədbirdir. Qısa müddətdə həyata keçirilən siyahıyaalma kampaniyasında hər bir ölkə vəyəndaşı kampaniyanın əhəmiyyətini nəzərə alaraq fəal iştirak etməlidir".

sia.az.

Digər xəbərlər