Siyasət

  • 3 887

Bəhruz Quliyev: "Azərbaycan hazırda tarixinin ən yüksək inkişaf dövrünü yaşayır” MÖVQE

image

“1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə qayıtmasından, oktyabrın 3-də isə vətəndaşların yüksək etimadı əsasında ölkə Prezidenti seçilməsindən sonra Azərbaycanda hökm sürən acınacaqlı vəziyyət aradan qaldırıldı, müstəqilliyini itirmək təhlükəsi ilə qarşı-qarşıya olan dövlətimiz xilas edildi. Ümummilli Lider yalnız sənəd üzərində olan müstəqilliyi de-fakto təmin etdi”. Bu fikirləri “Səs” qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev deyib.Ulu Öndərin Azərbaycanda baş verənlərə biganə qalmadığı, xalqın tələbi ilə ölkəni xilas etmək məqsədilə yenidən hakimiyyətə qayıtdığını xatırladan B.Quliyev söyləyib ki, hələ Ümummilli Lider Heydər Əliyev 1992-ci ilin oktyabrında 91-lərin müraciətinə cavabı ölkəni mürəkkəb vəziyyətdən çıxaracaq konsepsiyası idi: “Məhz 5 bənddən ibarət konsepsiyanın həyata keçirilməsi ilə Azərbaycanın müstəqilliyinini qorumaq mümkün olardı. Konsepsiyanın bəndlərində yer alan qanunun aliliyin qorumaq, atəşkəsə nail olmaq, iqtisadi proqramların həyata keçirilməsi, xaos və anarxiyaya son qoyub qanunlara hörmət və beynəlxalq münasibətlərlə bağlı məsələlərin hər biri o dövr üçün vacib qarşıda duran əsas vəzifələr idi. Lakin bunları yerinə yetirmək üçün məharət tələb olunurdu ki, bunu həqiqi lider olan biri edə bilərdi. O dövrdə isə hakimiyyətdə belə bir qüvvə yox idi və onu "AXC-Müsavat" hakimiyyətinin rəhbərləri də yaxşı bilirdi."Ekspert bildirib ki, həmin dövrdə bir tərəfdən separatizm meyilləri, digər tərəfdən isə kriminal avtoritetlərin idarəçiliyi Azərbaycan dövlətini parçalanmaq təhlükəsi ilə üz-üzə qoymuşdu:“Həmin dövrdə Azərbaycanı yalnız Ulu Öndər xilas edə bilərdi. Bunu təkcə xalq deyil, o dövrki hakimiyyət və hazırki müxalifət də çox yaxşı anlayırdı. O dövrdə hakimiyyətdə olan “AXC-Müsavat” cütlüyü öz canlarını kriminal avtoritetlərdən qurtarmaq üçün məcbur olaraq xalqın çağrışına qoşulub Ulu Öndər Heydər Əliyevin Bakıya gəlməsinə çalışdılar. Hər kəsə məlumdur ki, AXCP sədri Əli Kərimlinin həmin dövrdə yüksək postda təmsil olunduğu hakimiyyət Ümummilli Liderin Bakıya gəlməsi üçün Naxçıvana təyyarə göndərmişdi”.B.Quliyev qeyd edib ki, Azərbaycanın ən mürəkkəb dövründə bütün çətinlikləri öz üzərinə götürmüş Ulu Öndərin dövlətçilik ideologiyası ölkəmizin bugünkü və gələcək inkişafının əsasını təşkil edir: “Təməli Ümummilli Lider tərəfindən qoyulan siyasətin son 16 ildə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan irəliyə doğru inamla irəliləyir. Bu illər ərzində ölkə iqtisadiyyatı güclənib, ictimai-siyasi sabitlik qorunub, əhalinin sosial rifahı daha da yaxşılaşıb. Əminliklə deyə bilərik ki, Azərbaycan hazırda öz tarixinin ən yüksək inkişaf dövrünü yaşayır”.

sia.az.

Digər xəbərlər