Siyasət

  • 6 691

Prezidentin Soçiyə səfəri strateji əhəmiyyət daşıyan hadisə kimi yadda qalacaq" MÖVQE

image

"Prezdent İlham Əliyev Rusiyanın prezdenti Vladimir Putinin dəvəti ilə Rusiyanın Soçi şəhərində Valday Beynəlxalq Diskusiya Klubun plenar iclasında iştirak etmək üçün səfərə gedib. İclasdan əvvəl prezdent Putin cənab İlham Əliyevlə çox yüksək səviyyəli ikitərəfli görüş keçirib. Burda bir müqayisəni aparmaq istəyirəm. Bir neçə gün əvvəl Rusiya prezdenti Vladimir Putin AvroAsiya İqtisadi İttifaqının Sammitində iştirak etmək üçün bir neçə saatlıq Ermənistanda səfərdə olmuşdu. Ermənistanın Baş Naziri Nikol Paşinyan dəridən-qabıqdan çıxırdı ki, Putinlə normal görüş keçirsin, danışıqlar masası arxasında otursun. Prezdent Putinin Paşinyana münasibəti o qədər mənfi idi ki, hətta Paşinyanla yan-yanı oturmadı.. Sammit çərçivəsində çəkilən şəkildə Vladimir Putinin kənarda dayanması, prezdentlə avtobusda oturanda lap arxada Paşinyandan uzaqda yerləşməsi və səfərin sonunda aeroportda ayaqüstü görüşməsi əslində Rusiyanın dövlət başçısının Paşinyanı bir dövlət başçısı kimi qəbul etməməsindən irəli gəlir". Bunu SİA-ya açıqlamasında millət vəkili Azər Badamov deyib.Millət vəkili bildirib ki, Putinin Ermənistana səfəri Paşinyanın avtobusda çəkdiyi dövlət rəhbərinə xas olmayan ucuz selfi çəkməyi ilə yadda qaldı: "Ermənistan bu sammiti təşkil etməklə beynəlxalq tədbirlərə ev sahibliyi etmək bacarığı olmadığını və Paşinyanın bir ölkə rəhbəri kimi qəbul etmədiyini dünyaya bir daha nümayiş etmiş oldu. Bunun əksi olaraq Vladimir Putinin İlham Əliyevlə bir yaxın dost kimi çox səmimi görüşdü, ikitərəfli çox yüksək səviyyəli görüş keçirdi və son bir neçə ay prezdentlər arasında görüş olmasa da iki ölkə arasındakı iqtisadi-siyasi əlaqələr artan dinamika aldığından məmnun olduqlarını bildirdilər. Görüşdə iki ölkə arasında strateji əməkdaşlığın daha da genişləndirilməsi ətrafında geniş fikir mübadiləsi aparıldı".A.Badamob qeyd edib ki, Prezident İlham Əliyevin dəvət olunduğu Valday Beynəlxalq Diskussiya Klubu dünyada meydana gəlmiş qlobal siyasi-iqtisadi problemlərin müzakirə olunduğu geniş platformadır: "Bu tədbirdə dünya siyasətində rolu və yeri olan dövlət başçılar, siyasətçilər, alimlər və bir sözlə beyin mərkəzləri iştirak edirlər. Valday Klubun dünən keçirdiyi plenar iclasında prezden İlham Əliyev möhtəşəm nitqlə çıxış edib. Birinci onu qeyd etmək istəyirəm ki, İlham Əliyevdə xarizmatik görünüş, səlis nitq qabiliyyəti və auditoriyanı ələ almaq bacarığı o biri natiqlərdən fərqlənirdi. Bu fərqi cənab İlham Əliyevin nitqi zamanı auditoriya iştirakçıların necə diqqətlə və maraqla dinlədiklərində hiss etmək heç də çətin deyildi. İlham Əliyev öz nitqində Azərbaycanın dünya siyasətinə verdiyi töhfələrindən, Rusiyanın AŞPA-ya qayıtmasında Azərbaycanın dəstəyindən, ölkəmizin bu günki iqtisadi uğurlarından danışaraq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunmadığına, bu günə qədər davam etməsinə geniş yer verdi. Paşinyanın Xankəndiyə səfəri zamanı söylədiyi "Dağlıq Qarabağ Ermənistanın ayrılmaz hissəsidir və nöqtə" sərsəm ifadəsinə cavab olaraq beynəlxalq platforma olan Valday Klubun plenar iclasında Azərbaycan Prezidenti "Dağlıq Qarabağ Azərbaycanın tarixi və əzəli torpağıdır və nida" deməsi ən tutarlı və Paşinyanın savadsızlığını ifşaedici cavab oldu. Sonda qeyd etmək istəyirəm ki, Prezdent İlham Əliyevin Soçiyə səfəri strateji əhəmiyyət daşıyan çox səmərəli və məhsuldar görüşləri ilə yadda qalacaqdır".

sia.az

Digər xəbərlər