PDF Oxu

Siyasət

  • 5 365

"Azərbaycan xarici siyasət kursunda balanslaşdırılmış siyasət yürüdür" ÖZƏL-MÜNASİBƏT

image

"Qoşulmama Hərəkatı dünyada ən çox üzvü olan təşkilatlardan biridir". Bunu SİA-ya politoloq Zaur Məmmədov deyib."Bildiyimiz kimi, Azərbaycan bu hərəkata 2011-ci ildə üzv olub. Ölkəmizin bu təşkilata üzvlüyü siyasi və digər bir sıra məqsədlər daşıyırdı. Məsələ ondadır ki, bu gün dünyanın ayrı-ayrı ölkələri hərbi-siyasi təşkilatlara üzv olmaqla bağlı qarşı-qarşıya dayanıblar. Məhz bu aspektdən məsələlərə nəzər yetirsək görərik ki, regionda NATO-ya can atan, o cümlədən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olan ölkələr mövcuddur. Azərbaycan isə xarici siyasət kursunda balanslaşdırılmış və bütün vektorlarla mehriban siyasət yürüdür. Bu baxımından ölkəmizin Qoşulmama Hərəkatına qoşulması təhlükəsizlik və milli maraqlarının qorunması üçün mühüm idi. Baxmayaraq ki, Azərbaycan təşkilata az bir zamandır üzv olub, amma artıq Bakı üzv olan ölkələrin hökumət və dövlət başçılarının toplantısına ev sahibliyi edəcək. O cümlədən Azərbaycan bir neçə il müddətində hərəkata sədrlik edəcəkdir. Bu, coğrafi cəhətdən kiçik olan və yeni müstəqillik qazanmış Azərbaycan Respublikası üçün mühüm uğurlardan biridir. Xatırladım ki, ölkəmizin ən böyük problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi də daima Qoşulmama Hərəkatı üzvlərinin diqqətindədir və Azərbaycanın ərazi bütövlüyünün təmin olunması ilə bağlı təşkilat tərəfindən mütəmadi bəyanatlar verilir”.Z.Məmmədov vurğuladı ki, göründüyü kimi, Azərbaycan dünyanın bir çox ölkələri ilə eyni platformada yer alır. Ölkəmizdən sonra Ermənistan Qoşulmama Hərəkatındakı müşahidəçi statusunu bərpa etməyə çalışdı. Lakin bu, onlara müyəssər olmadı. Çünki bizim ölkəmiz hətta Ermənistanın daxil olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və Avrasiya İttifaqına üzv olan ölkələrlə daha yaxşı ikitərəfli münasibətlərə malikdir. Ümumi götürdükdə bu hərəkatın əhəmiyyəti olduqca böyükdür və nəticə olaraq, Azərbaycanın dövlət və milli maraqlarının reallaşmasına gətirib çıxarıb. Azərbaycan Qoşulmama Hərəkatından dividentlər götürməyə başlayıb. Bu bir daha sübut edir ki, Prezident İlham Əliyev çox uzaqgörən, düşünülmüş və rasional siyasət ilə Azərbaycanı bir çox təhlükələrdən qoruyub, eyni zamanda ölkənin milli maraqlarının reallaşmasına nail olub”.

sia.az

Digər xəbərlər