"Azərbaycan demokratik sivil ölkədir və ölkəmizdə bələdiyyələrin xüsusi rolu vardır. Ulu öndər Heydər Əliyev bələdiyyələrin yeri və rolunu yüksək qiymətləndirdiyi üçün Konstitusuyaya xüsusi bənd salınıb". SİA-nın xəbərinə görə, bunu Milli Məclisin deputatı Tahir Rzayev "Vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğunda yerli özünüidarəetmə orqanlarının rolu" mövzusunda keçirilən seminarda çıxış edərkən deyib.O bildirib ki, bəzən Azərbaycanda bələdiyyə institutunun olmadığını, fəaliyyətinin aşağı olduğu qənaətinə gəlirlər: "Bələdiyyə inkişaf etdikcə onların üzərinə əlavə səlahiyyətlər qoyulur ki, onlar bunu icra etməlidirlər. Lakin təcrübəyə baxsaq heç bir ölkədə bələdiyyələrə müstəsna səlahiyyət verilməyib. O müəyyən qaydada qanunlar çərçivəsində fəaliyyət göstərməlidir. Bu gün bələdiyyələr yerli sosial iqtisadi əhəmiyyətli işlə məşğul olan orqanlardır. Bələdiyyələr yol çəkilişi və digər işlərlə məşğul olurlar. Son qanunlara nəzərə salanda bələdiyyələrin üzərinə xüsusi səlahiyyətlərin qoyulduğunu görürük".T.Rzayev qeyd edib ki, Azərbaycanda bələdiyyə ilə bağlı problem vətəndaşla bələdiyyələrin yaxınlaşmamasıdır: "Vətəndaşla bələdiyyə arasında yaranan problem onların fəaliyyətinin zəifləməsinə gətirib çıxarır. Təklif edərdim ki gələcəkdə bələdiyyə sədrləri birbaşa əhali tərəfindən seçilsin. Bu bələdiyyələrin fəaliyyətinin yüksək səviyyədə qurulmasına şərait yarada bilər. Son bələdiyyə seçkilərində gənclərin, qadınların burada təmsil olunması bələdiyyələrin fəaliyyətinə yüksək səviyyədə təsir göstərib. Burada gənclərin və qadınların təmsilçiliyi 10 faiz artıb. Bu il ölkəmizdə bələdiyyə seçkilərinin yüksək səviyyədə keçiriləcəyinə əminəm. Azərbaycan nə qədər müstəqil siyasət yürüdəcəksə bələdiyyələrin fəaliyyəti lazımdır".
sia.az