PDF Oxu

Siyasət

  • 5 031

"Aparılan islahatlar ölkəmizin gələcəyini təmin etmək üçün əhəmiyyətlidir" RƏY-ÖZƏL

"Aparılan islahatlar ölkəmizin gələcəyini təmin etmək üçün əhəmiyyətlidir" RƏY-ÖZƏL

“Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar cəmiyyət tərəfindən də yüksək qiymətləndirilir. İslahatlarla bağlı atılan addımlar birdən-birə baş verməyib, ölkə başçısının milli, mütərrəqqi siyasətinin tərkib hissəsidir”. Bu fikirləri SİA-ya açıqlamasında Milli QHT Forumunun (MQF) rəhbəri Rauf Zeyni deyib.Prezident İlham Əliyevin xüsusilə də son müşavirələrdə çıxışlarını xatırladan MQF rəhbəri bildirib ki, dövlət başçısı ötən gün iqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul edən zaman bir daha təkrar etdi ki, biz XXI əsrdə köhnə təfəkkürlə uğurlara imza ata bilmərik: “Bu baxımdan atılan addımları dövrün tələblərinə uyğun olaraq idarəetmə sistemində yenilik kimi qiymətləndirməliyik. Aparılan islahatları mütərrəqqi və mühüm hesab edirəm”.R. Zeyni söyləyib ki, Azərbaycanda bütün sahələrdə aparılan islahatlar ölkəmizin gələcəyini təmin etmək üçün vacib və əhəmiyyətlidir: “ Hesab edirəm ki, aparılan islahatlarla yanaşı biz düşüncəmizi də dəyişməliyik. Kürsü psixologiyasından imtina etməliyik. Axı Vətənə xidmət etmək üçün məmur olmaq və ya vəzifədə çalışmaq mütləq deyil. Vəzifəsindən, işindən asılı olmayaraq hər kəs Vətənə xidmət edə bilər. Dövlət başçısı bütün çıxışlarında qeyd edir ki, məmurlar xalqın xidmətçisidir. Amma təəssüf ki, bəziləri bu xəbərdarlığa məhəl qoymadıqda cəmiyyətdə narazılığa səbəb ola bilir. Ölkə başçısının həyata keçirdiyi islahatların məqsədlərindən biri də məhz bu narazılıqların qarşısını almaqdır”.MQF rəhbəri vurğulayıb ki, ictimai nəzarət gücləndirilməlidir: “ Prezident İlham Əliyev oktyabrın 15-də keçirilən iqtisadi müşavirədə bir daha qeyd etdi ki, vətəndaş cəmiyyəti tərəfindən nəzarət güclənməlidir. Təbii ki, bura media, QHT-lər, bələdiyyələr, həmkarlar, eləcə də vətəndaşlar daxildir. Vətəndaşlar qarşılaşdıqları çətinlikləri dərhal yubatmadan idarəetmə sisteminin daha da şəffaflaşmasına yardım etməlidirlər”.

sia.az

Digər xəbərlər