PDF Oxu

Siyasət

  • 4 202

"İslahatların gedişi kadr islahatlarının da aparılması zərurəti yaradır" RƏY-ÖZƏL

"İslahatların gedişi kadr islahatlarının da aparılması zərurəti yaradır" RƏY-ÖZƏL

“Ölkə başçısı tərəfindən həyata keçirilən kadr və struktur islahatlarının əslində ötən il prezident seçkilərindən sonra anonsu verilmişdi. Prezident İlham Əliyev bildirmişdi ki, Azərbaycanda sosial-iqtisadi istiqamətdə indiyə qədər analoqu olmayan addımlar atılacaq, böyük bir sosial paket təqdim ediləcək”. Bu fikirləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Pərviz Heydərov deyib.O bildirib ki, cari ildə dövlət büdcəsinin bu il üçün müzakirələri başlanan zaman genişmiqyaslı addımlar artıq bəyan olunmuşdu: “Bu islahatların kökündə digər istiqamətdə paralel olaraq, aparılan islahatlar əsas rol oynayırdı. Hansı ki, ötən ildən ölkədə “kölgə iqtisadiyyatı”na qarşı ciddi mübarizəyə başlanıldı. Nəticədə ticarət obyektlərindən, özəl tibb müəssisələrindən və bu kimi yerlərdən milyonlarla vəsait üzə çıxarılaraq, dövlət büdcəsinə əlavə olundu. Vergi məcəlləsinə üç yüzə yaxın dəyişiklik edildi. Həmin dəyişikliklər də “kölgə iqtisadiyyatı”nın həcmini azaltmaqla büdcəyə milyonlarla vəsaitin cəlb olunmasına yol açdı”.Ekspert söyləyib ki, dövlət başçısının son müşavirələrindəki çıxışlarından, həmçinin Vergilər naziri Mikayıl Cabbarovun müəyyən açıqlamalarından aydın oldu ki, büdcəyə gözləniləndən də artıq vəsait əlavə olunub: “İstənilən halda bu islahatların gedişi zamanı kadr islahatlarının aparılması zərurəti yaranır. Sonuncu kadr dəyişiklikləri də sırf bu zərurətlə bağlıdır. Bundan sonra da kadr dəyişikliklərinin şahidi olacağıq.”P. Heydərov vurğulayıb ki, dünya bazarında neftin qiymətinin dəyişməsi kimi hallar bu il ölkədə artan əməkhaqlarına, pensiyalara təsiri etməsi əsassızdır: “Çünki bu artımların kökündə neftin dünya bazarındakı qiyməti yox, elə bu islahatlar dayanır”.

sia.az

Digər xəbərlər