PDF Oxu

Siyasət

  • 4 958

Qoşulmama Hərəkatının insan hüquqları prinsiplərinə riayət etməsi vacibdir - BMT Baş Assambleyasının prezidenti

Qoşulmama Hərəkatının insan hüquqları prinsiplərinə riayət etməsi vacibdir - BMT Baş Assambleyasının prezidenti

"BMT və Qoşulmama Hərəkatı dünyanı xilas etmək və təhlükəsizliyi təmin etmək naminə ortaq fikrə sadiqdir". SİA-nın verdiyi məlumata görə, bunu BMT Baş Assambleyasının prezidenti Ticani Məhəmməd-Bande Bakıda Qoşulmama Hərəkatının XVIII sammitinin açılışında deyib."Sülhə və təhlükəsizliyə, ölkələrin ərazi bütövlüyünə və suverenliyinə, demokratiya və insan hüquqlarına zəmanət verməliyik. Qoşulmama Hərəkatının insan hüquqları prinsiplərinə riayət etməsi də vacibdir. Hərəkat ölkələrində çox sayda böhran və münaqişələr var. Onların həllini tapmağa çalışmalıyıq. Həmçinin onların qarşısını almaq üçün profilaktik tədbirlər görmək lazımdır", - o bildirib.Onun sözlərinə görə, səmərəli qarşılıqlı faydalı əməkdaşlığı və yeniliklərin tətbiqini də təmin etmək lazımdır.

sia.az

Digər xəbərlər