PDF Oxu

Siyasət

  • 4 587

"Kadr islahatları əvvəlki dövrlərdən fərqlidir" ÖZƏL-MÜNASİBƏT

"Kadr islahatları əvvəlki dövrlərdən fərqlidir" ÖZƏL-MÜNASİBƏT

"Prezidentin son günlərdə apardığı kadr islahatları özünün miqyasına görə əvvəlki dövrlərdəki kadr islahatlarından fərqlidir". Bunu SİA-ya açıqlamasında "Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev deyib.Baş redaktorun sözlərinə görə, Prezident islahatlara xüsusi önəm verən, kadrları irəli çəkməkdə, yeni təfəkkür daşıyıcısı olan kadrları hər zaman dəstəkləmək iradəsində olduğunu bildirdi: "Ölkə başçısının bu dəfəki kadr islahatları ölkənin iqtisadi və sosial sahədə qarşısında dayanan vəzifələrin daha uğurlu həyata keçirilməsini birbaşa açıq şəkildə vurğulayır. Hesab edirəm ki, Prezident haqlı olaraq qeyd edir ki, kadr islahatları ölkənin sosial iqtisadi sahədə qarşında dayanan məsələlərin daha uğurlu həlli məsələsinə xidmət edir. Bu nöqteyi-nəzərdən kadr islahatları daha çox konkret prinsiplərə və tezislərə söykənir. Hər bir yeni kadr təyin edildikdə onun qarşısında dayanan vəzifələrlə məqsədlərlə bağlı açıq müzakirələr keçirilir. Əvvəlki islahatlardan fərqli olaraq, hər bir kadrın hara təyin olunacağını, bütün cəmiyyətin gözü qarşısında bildirir. Bu da həmin kadrların məsuliyyət hissini artırır. Bir sözlə, bu kadr dəyişikliklərində yeniliklər var və bu islahatlar davam etdiriləcəksə, düşünürəm ki, onun uğurları böyük olacaq".

sia.az

Digər xəbərlər