PDF Oxu

Siyasət

  • 4 130

"Ölkədə rəqabət qabiliyyəti yaradacaq kadrlara ehtiyac var" ÖZƏL-MÜNASİBƏT

"Ölkədə rəqabət qabiliyyəti yaradacaq kadrlara ehtiyac var" ÖZƏL-MÜNASİBƏT

"Prezident çağırışların tələbinə uyğun olaraq yeni baxışlı, yeni dünyagörüşlü yanaşmaları özündə təcəssüm etdirən və əvvəlki işində bunu göstərən şəxsləri vəzifəyə təyin edir". Bunu SİA-ya açıqlamasında Konstitusiya Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev deyib.Fond prezidenti bildirib ki, yeni kadrların vəzifəyə təyin edilməsi ilə yanaşı həmçinin çox ciddi struktur dəyişiklilikləri də baş verir və bu da şübhəsiz ki, idarəetməni təkmilləşdirir: "Hal-hazırki şəraitdə zamanın çağırışı, islahatlar, eləcə də qoyulan şərtlər onu tələb edir ki, müasir düşüncəli yeni baxışlı və eyni zamanda innovasiyaları tətbiq etmək imakanına malik olan şəxslər vəzifəyə gətirilsin.Qeyd etmək istərdim ki, Prezidentin kadr islahatı o qədər dərin islahatlardır ki, hətta bunu KİV-də inqilaba bənzədirlər. Həmçinin ilk növbədə sosial-iqtisadi sahədə ishatlar həyata keçirilməyə başladı. Bununla bağlı mühüm qərarlar qəbul edildi, müəyyən struktur dəyişiklikləri baş verdi. Cənab Prezidentin islahatlarının sonrakı mərhələsini məhz kadr islahatı istiqamətində, varisliyi saxlamaq barədə yanaşmanın qəbul edilməsidir.Vurğulayım ki, Prezident yaşlı şəxsləri işdən azad etmədi onlara sadəcə təklif etdi ki, düşünün Azərbaycan yeni bir inkişaf mərhələsinə daxil olub və yeni baxışları özündə əks etdirə biləcək şəxslərə ehtiyac var. Sözssüz yaşlı nəslin nümayəndələri bunu qəbul etdilər və istefalarının qəbul edilməsi üçün ərizə ilə cənab Prezidentə müraciət etdilər. Hesab edirəm ki, bu həmçinin ölkə başçısının vətənpərvərlik nümayişini etdirməsidir.Addım kadr islahatında ciddi dəyişikliklə yanaşı, ölkənin inkişafına kömək edəcək. İndiki dövrün tələbinə görə ölkələr daha rəqabətli olmalıdır əgər, ölkə rəqabət qabiliyyətinə malik deyilsə, o hazırki stuasiyada çox böyük çətliklərlə rastlaşa bilər. Hesab edirəm ki, ölkədə rəqabət qabiliyyəti yaradacaq kadrlara ehtiyac var".

sia.az

Digər xəbərlər