PDF Oxu

Siyasət

  • 4 292

"Qoşulmama Hərəkatına sədrlik Azərbaycanın imkanlarını artıracaq" ŞƏRH-ÖZƏL

"Qoşulmama Hərəkatına sədrlik Azərbaycanın imkanlarını artıracaq" ŞƏRH-ÖZƏL

“Qoşulmama Hərəkatı dünyanın BMT-dən sonra ikinci böyük siyasi təşkilatına çevrilib. Təşkilat dünyada sülhün, əmin amanlığın qorunmasına ciddi töhfələr verib”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib.Azərbaycanın Qoşulmama Təşkilatına 2012-ci ildən üz olduğunu deyən politoloq söyləyib ki, təşkilatın XVIII Zirvə Görüşünün Bakıda keçirilməsi ölkəmizin xarici siyasəti üçün çox böyük bir hadisə oldu.O bildirib ki, 120 ölkəni sıralarında birləşdirən hərəkatın Bakıda keçilən toplantısında bu ölkələrin rəsmiləri ilə yanaşı, 10-a yaxın beynəlxalq təşkilatın nümayəndələri qatılıb ki, bu da hərəkatın tarixində ən möhtəşəm, həm də dünyanın bu günkü problemlərinə daha çox yer ayıran kofrans oldu: “Bu da əlbəttə ki, Azərbaycanın yüksək təşkilatçılıq işləri, konfrans iştirakçıları üçün normal şəraitin yaradılması, debatların təşkili, ən əsası isə Prezident İlham Əliyevin Zirvə görüşündə çıxışı işin müsbət gedişinə stimul verdi”.Təşkilata sədrliyin 3 il müddətində Azərbaycana həvalə edildiyini xatırladan Q.Hüseynli deyib ki, təşkilatın ölkəmizdə keçirilən konfransları zamanı qəbul edilən bir sıra qərar və bəyənnamələr çox mühüm əhəmiyyət kəsb edir: “Bakı bəyənnaməsində Dağlıq Qarabağ probleminə ciddi sürətdə vurğu edilir. Sənəddə Azərbaycanın 20 faiz torpaqlarının erməni işğalçıları tərəfindən zəbt olunması vurğulanmaqla yanaşı, bu işğala son qoyulması və ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi 120 ölkənin nümayəndəsi tərəfindən təsdiq olundu. 120 ölkənin ermənini işğalçı kim tanıması və torpaqlarımızın işğal edildiyinin qəbul edilməsi, ərazi bütövlüyümüzün tələb edilməsi ölkəmizin xarici siyasətinin böyük uğurusu hesab edilə bilər”.Politoloq qeyd edib ki, Zirvə Görüşünün Bakıda keçirilməsi ilə Azərbaycan beynəlxalq münasibətlərdə, beynəlxalq siyasətdə həm informasiya, həm böyük siyasi diplomatik, həm də problemin həlli ilə bağlı mövqe üstünlüyü qazandı: “ Azərbaycanın dünya dövlətlərinə özünün haqq işini çatdırmaq əsasları daha da çoxaldı. Qoşulmama Hərəkatının, eləcə də Bakı bəynnaməsində torpaqlarımızın işğal olunma faktının təsdiqlənməsi ümumilikdə problemin həllinə baxışda çox böyük çevriliş, dəyişiklik yaradır. Belə ki, ikili standartlı ölkələr, Ermənistanın işğalçılıq siyasətini dəstəkləyənlər artıq bundan sonra bir daha düşünməli olacaq, öz siyasi xətlərinə müəyyən korrektələr etmək məcburiyyətində qalacaqlar. 120 ölkənin mövqeyi BMT ilə yanaşı, digər təşkilatların da mövqeyinə təsir edəcək”.

sia.az

Digər xəbərlər