AXCP sədrinin “siyasi dəstəkçiləri” separatçılar, renaqatlar və sadistlərdir
AXCP sədri Əli Kərimlinin yan-yörəsinin siyasi tur-tullantılar olduğu əslində hər kəsə bəllidir. Həmçinin, onun özünün dəfələrlə gah Qərbə, gah Şərqə satılması, bu yöndə dövlətçilik əleyhinə fəaliyyəti barədə kifayət qədər faktlar sübuta yetirilib. Lakin məsələnin digər tərəfi də var. Necə deyərlər, atı-atın yanında bağlasan həmrəng olmasa da, həmxasiyyət olar. Yəni bu gün Ə.Kərimlinin ətrafında olub, sosial şəbəkələrdə ona-buna satılanlar qışqırıb-bağıraraq, öz taylarını tapıblar.Elə də uzağa getməyərək, hələ iki il öncə, “Milli Şura”nın mitinqinə qatılmayanları “qeyrətsiz” və s. kimi özünə yaraşan ifadələrlə təhqir edən Eldəniz Quliyevi xatırlayaq. Belə ki, “Milli Şura”nın koordinasiya mərkəzinin üzvü E.Quliyevin vaxtilə özünü qondarma "Talış Muğan Respublikasının" rəhbəri elan etmiş, hazırda Yerevanda "talışşünaslıqdan" mühazirə oxuyan Əlikram Hümbətovun ictimai-siyasi məsələlər üzrə müşaviri olması barədə bir çoxları xəbərdardır. Bu adəçəkilən separatçı indi də birdən-birə dönüb-olub kərimovçu və guya Azərbaycan xalqının, millətinin “dərdini çəkirmiş”...
Eldəniz Quliyev separatçı və xain Əlikram Hümbətovu bu cür dəstəkləmişdi...
Fəqət, onu da qeyd edim ki, “Azəri-Talış Birliyi”nin sədri, “Milli Şura”nın funksioneri E.Quliyev Ə.Hümbətovun bir neçə il öncə Ermənistana səfəri ilə bağlı mətbuata verdiyi açıqlamasında separatçının düşmən ölkəyə getməsinə inanmadığını (?!-R.N.) deyərək, açıq və israrlı şəkildə (!!!) onun tərəfini saxlamışdı. Halbuki, bu gün mitinqlərdə polisimizə qarşı düşmən ermənidən betər şəkildə şər-böhtançı kampaniyalar aparan əsas ünsürərdən biri də məhz odur!
Yaxşı, bəs düşmən ölkəyə sığınıb, anti-Azərbaycançılıq və separatçılıq fəaliyyəti göstərən, işğal altındakı Qarabağımızda talış dilində radio efir açan Hümbətov barədə E.Quliyev nə demişdi? Elə isə xatırlayaq: “Hesab edirəm ki, Əlikram Hümbətov Xocalı soyqırımını törətmiş, vəhşiliklər törətmiş ermənilərin dəvəti ilə Ermənistana getməz. Mən buna inanmıram”.
Mənbə: http://www.dia.az/28878-eldzhndz-quldyevdn-ddqqzhtdnzh-bu-d…
Lakin onun israrının ardınca, Ə.Hümbətovun Yerevanda mühazirəsini əks etdirən foto fakt mediada yayıldı və bu gün “Milli Şura”nın öndəgedənləri sırasında Ə.Kərimliyə dəstək göstərən E.Quliyev bu barədə heç bir fikir bildirmədi. Niyə və nəyə görə həmin ərəfələrdə ifşa olunmasına ən azından, yalan-palan da olsa təkzib vermədi E.Quliyev?! Bu sualın cavabı çox bəsitdir. Sadəcə, o reallığı susması ilə qəbul edib və unutdurmağa çalışıb. Həmin E.Quliyev ki, indi də Ə.Kərimlinin yan-yörəsində sözün əsl mənasında sümük dalınca qaçan köpək kimi sülənir!
İndi də dönüb-olublar xalqın “dərdçəkənləri”
Söz yox ki, Ə.Kərimlinin ətrafında renaqatlar da kifayət qədərdir. Misal üçün, bir deputat mandatına görə (qazandığı) uzun illər fəaliyyət göstərdiyi AXCP-yə tüpürən, sonradan yenə də deputat mandatına görə (qazana bilmədiyi) AXCP-yə geri dönən, indi də guya “müxalifətin lideri” olan, “mal oğrusu”, “KQB agenti” kimi tanınan Cəmil Həsənli də indi dönüb-olub “xalqın dərçəkəni”.Yaxud, Gültəkin Hacıbəyli... Məgər bu ünsürün də zamanında iqtidar düşərgəsindəki fəaliyyəti unudulubmu? Parlamentə seçilmədiyinə görə millətə, dövlətə, xalqa bu qədərmi düşmən kəsilmək, xarici diplomatik nümayəndəliklərə bu qədərmi satılmaq lazımıydı? Məgər Ə.Kərimlinin də özü yaxşı anlamırmı ki, həmin bu satılanlar, şəxsi maraqlarına görə onun-bunun altına yıxılan adamlar vaxtı çatanda onun özündə də xəyanət edəcəklər? Əslində bilir və çox yaxşı bilir.
Xalq xəyanətkarların, satqınların, reneqatların, separatçıların və sadistlərin ayaq açıb, bu dövlətə qarşı düşmənçilik etmələrinin qarşısını qətiyyətlə alacaq!
Çünki onun özü də zamanında “liderim” dediyi mərhum Əbülfəz Elçibəyə çoxsaylı xəyanətlər etmişdi. Eləcə də, bu gün Avropada oturub erməni lobbisinin arxasını dəsmallayan Qənimət Zahid, AXCP-nin sədr müavini Gözəl Bayramlı da Elçibəyin zəhərlənərək öldürülməsində xüsusi canfəşanlıq göstərməyiblərmi?!Həmçinin, Ə.Kərimlinin sadist, qəddar, öz ailəsinə qarşı amansız rəftarları ilə gündəmə gələn Fuad Qəhrəmanlımı xalqın, ölkənin qeydinə qalacağıymışlar? Əsla! Xalq buna imkan verməyəcək. Çünki əvvəllər də verməyib, bundan sonra da xəyanətkarların, satqınların, reneqatların, separatçıların və sadistlərin ayaq açıb, bu dövlətə qarşı düşmənçilik etmələrinin qarşısını qətiyyətlə alacaq. Bax, buna isə kimsənin, eləcə də həmin ünsürlərin heç bir şübhələri olmasın!
sia.az