PDF Oxu

Siyasət

  • 3 735

Azərbaycanın növbəti böyük uğuru RƏY-ÖZƏL

Azərbaycanın növbəti böyük uğuru RƏY-ÖZƏL

“Qoşulmama Hərəkatının XVIII Zirvə görüşünün Bakıda keçirilməsi və eləcə də təşkilata sədrliyin 3 il müddətində ölkəmizə həvalə edilməsi tarixi hadisə oldu”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Kamilə Əliyeva deyib.Azərbaycanın 2011-ci ildə Qoşulmama Hərəkatına (QH) üzv qəbul olunduğunu xatırladan deputat söyləyib ki, ölkəmiz QH-da olduğu qısa müddət ərzində Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərini qətiyyətlə müdafiə etməklə böyük nüfuz qazanıb: “ Bunun nəticəsində 2016-cı ildə təşkilatın dövlət və hökumət başçılarının sammitində 2019-cu ildə növbəti sammitin Bakıda keçirilməsi, eləcə də 2019-2022-ci illər üzrə sədrlik hüququnu əldə edilməsi ilə bağlı qərar qəbul edilmişdi. Bu addım ölkəmizə olan hörmətin, ehtiramın, etimadın təzahürü idi”.K.Əliyeva bildirib ki, Azərbaycan Zirvə görüşünə uğurla və yüksək səviyyədə ev sahibliyi edə bildi: “ Hər zaman olduğu kimi bu dəfə də ölkəmiz dünyaya öz qonaqpərvərliyini, sülhpərvərliyini nümayiş etdirdi. Sammitdə bəşəriyyəti narahat edən bütün məsələlər müzakirə olunmaqla yanaşı, dünya Azərbaycanın bütün problemlərinin müzakirə oluna biləcəyi bir məkan olduğuna şahid oldu”.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Zirvə Görüşündə etdiyi çıxışa diqqəti çəkən deputat vurğulayıb ki, dövlət başçısı nitqində dünyada ikili standartlılıq siyasətinə son qoymaqla bağlı çağırış etməklə yanaşı, bu mühüm kürsüdə beynəlxalq təşkilatları Ermənistanın işğalçılıq siyasətindən çəkindirməyə, ona ciddi təzyiq göstərməyə və işğal faktının aradan qaldırılmasında kömək etməyə səslədi: “Hesab edirəm ki, ölkə başçısının bu çağırışı tezliklə öz müsbət nəticəsini verəcək. Gündən-günə ifşa olunan və diplomatik zərbələr alan Ermənistan bir gün sülhə razılaşacaq, Azərbaycanın haqlı və ədalətli tələblərini yerinə yetirməyə məcbur olacaq. Artıq Ermənistanın başqa çıxış yolu yoxdur. Çünki, beynəlxalq hüquq, haqq və ədalət bizim tərəfimizdədir. Bu baxımdan Bakıda keçirilən Zirvə Görüşünü tarixi hadisə, ölkəmizin uğuru adlandırmaq olar”.

sia.az

Digər xəbərlər