PDF Oxu

Siyasət

  • 3 988

"Ermənistan 120 dövlət tərəfindən işğalçı kimi tanındı" MÖVQE-ÖZƏL

"Ermənistan 120 dövlət tərəfindən işğalçı kimi tanındı" MÖVQE-ÖZƏL

“Qoşulmama Hərəkatının ölkəmizdə həyata keçirilən Zirvə Görünün yekun sənədinə ilk dəfə olaraq olduqca mühüm yeni bənd daxil edilməsi və bu bənddə Dövlət və Hökumət başçıları güc yolu ilə ərazilərin zəbt edilməsinin yolverilməzliyini vurğulaması çox böyük böyük uğurdur”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov deyib.Azərbaycan Prezidenti İlham Əliyevin Zirvə Görüşündə hər zaman olduğu kimi geniş və dəqiqliklə erməni işğalçılıq siyasəti, onların iç üzlərini dünyaya bəyan etdiyini deyən deputat söyləyib ki, sammit ümumilikdə Azərbaycanın münaqişə ilə bağlı ədalətli mövqeyini daha da gücləndirdi: “ Bildiyiniz kimi Zirvə görüşündə BMT-nin, eləcə də digər təşkilatların nümayəndələri də iştirak edirdi. Dövlət başçısı çıxışında cəsarət və qətiyyətlə BMT-nin Dağlıq Qarabağ münaqişəsinin tənzimləməsi ilə bağlı qəbul etdiyi 4 qətnaməni icra etmədiyini, sənədlərin yalnız kağız üzərində qaldığını vurğuladı. Ölkə başçısı bəzi sənədlərin mürəkəbi qurumamış BMT tərəfindən icra edildiyini diqqətə çatdıraraq ikili standartlılığa toxundu. Bu çox mühüm məqam idi”.E. Məmmədov vurğulayıb ki, Zirvə Görüşündə qəbul edlmiş sənədlər Azərbaycanın qlobal miqyasda mədəniyyətlərarası dialoqun təşviq olunması sahəsində nümayiş etdirdiyi liderliyi yüksək qiymətləndirir: “120 dövlət tərəfindən Ermənistanın növbəti dəfə işğalçı kimi tanınması, ölkəmizin ərazi bütövlüyünün dəstəklənməsi Azərbaycanın bu illər ərzində topladığı hüquqi dəstəkçilərin sayının daha da artması deməkdir. Azərbaycan istənilən vaxt öz hərbi gücündən istifadə edərək, ərazilərimizdə anti-terror əməliyyatları adı altında hərbi əməliyyatlar keçirə bilər. Artıq bizim əlimizdə BMT-dən başlamış, NATO, ATƏT, Avropa Şurası, İƏT, Aİ eləcə də Qoşulmama Hərəkatının üzvlərinin hüquqi sənədi var. Bu ölkəmizin növbəti uğuru, Azərbaycanın inkişafının, beynəlxalq nüfuzunun gündən-günə yüksəlməsindən və cənab Prezidentin ölkə başçısı kimi gücündən, aparıdğı xarici siyasətin doğruluğundan yaranan nailiyyətdir”.

sia.az

Digər xəbərlər