"Son zamanlar xarici havadarlarının tapşırıqlarını yerinə yetirən dağıdıcı müxalifət, xüsusən Cəmil Həsənli və Əli Kərimlinin rəhbərlik etdiyi “Milli Şura” ölkədəki sabit durumu pozmaq üçün hərəkətə keçiblər". Bunu SİA-ya açıqlamasında “Paralel” qəzetinin baş redaktoru Tapdıq Abbas deyib.Onun sözlərinə görə, bu üzdəniraq antimilli ünsürlərin Azərbaycanı avtoritar ölkə kimi qələmə verməklə, ölkə üzərinə beynəlxalq basqıların güclənməsinə şərait yaratmağa çalışdıqları ilk hal deyil: "Bunlar zatən xarici sifarişləri yerinə yetirib tulapayı yardımlar əldə etməklə məşğuldur. Xalq bunların kimə və nəyə xidmət etdiyini yaxşı bildiyinə görə, “Milli Şura” adlandırılan dağıdıcı qüvvələrin cəmləşdiyi və ölkəmizə qarşı hər an düşmənçilik etməyə hazır olanları haqlı olaraq rədd edir. 19 oktyabrda Bakı şəhərində törətdikləri qanunazidd hərəkətlərdən sonra dağıdıcı müxalifətin 2 noyabr tarixdə Bakı şəhərində ictimai əsayişi pozaraq, təkrarən icazəsiz mitinq keçirmək qərarı eyni çirkin məqsədə xidmət edir və bu qanunsuz hərəkətin qarşısı dövlətin güc strukturları tərəfindən mütləq alınmalı və təxribatçılar cəzalandırılmalıdırlar".
sia.az