"Rəqəmsallaşmanın iqtisadiyyata təsiri müasir elmin əsas tədqiqatlarından biridir". Bunu SİA-ya millət vəkili Tahir Mirkişili deyib.Onun sözlərinə görə, iqtisadiyyatın bir sahəsi olan kənd təsərrüfatı sahəsində aparılan tədqiqatlara görə inkişaf etmiş ölkələrdə 1960-cı ildə 1 fermer orta hesabla 26 insanı "yedizdirirdi". Daha sonra baş verən Biotexnoloji inqilab nəticəsində artıq 2017-ci ildə 1 fermer 155 insanı "yedizdirməyi" bacardı: "Hazırda baş verən Rəqəmsal inqilab nəticəsində 2050-ci ildə 1 fermer 250 insanı "yedizdirməyi" bacaracaq. Ciddi məhsuldarlıq artımı və s hesabına.Nəzərə alsaq ki, Azərərbacanda fermerlər əsasən insanları qida məhsulları ilə təmin edirlər, onda ümumi hesablamalara görə hazırda ölkədə 1 fermer 30 insanı "yedizdirir". Müqayisə üçün, Ukraynada 1 fermər cəmi 10 insanı "yedizdirə" bilir. Bu rəqəmlər göstərir ki, ölkə iqtisadiyyatının rəqabətqabiliyyətini kəskin artırmaq üçün ciddi şəkildə "Rəqəmsal İqtisadiyyat"ı inkişaf etdirmək lazımdır".
sia.az