PDF Oxu

Siyasət

  • 4 461

“Azərbaycanın ərazi bütövlüyü mübahisə və müzakirə mövzusu ola bilməz” RƏY-ÖZƏL

“Azərbaycanın ərazi bütövlüyü mübahisə və müzakirə mövzusu ola bilməz” RƏY-ÖZƏL

"İşğal faktorunun aradan qaldırılması üçün əlbəttə ki, Azərbaycanın beynəlxalq hüquq çərçivəsində təklif etdiyi fikirlər diqqətə alınmalıdır". Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.Onun sözlərinə görə, nəyin ki, 7 rayon, ümumiyyətlə, o torpaqların hamısı azad edilməlidir: "Yəni Ermənistan anlamalıdır ki, Azərbaycan torpaqlarından birdəfəlik çıxmalıdır. Əgər Ermənistan tərəfi Dağlıq Qarabağda ermənilərin qalıb normal yaşamasını istəyirsə, bu təklifə mümkün qədər tez razılıq verməlidir. Amma görünür ki, Ermənistan bunu etməyə hələ ki, həvəsli görünmür. Ona görə də, Azərbaycan öz bildiyi üsullarla bu problemi kökündən həll etməyə girişməlidir. 7 rayonun qaytarılacağı ilə bağlı fikirlərin səslənməsinə gəlincə, bizim təkcə 7 rayonumuz işğal edilməyib ki, yəni bunu birmənalı hər kəs bilməlidir. Mərhələli həll məsələsindən söhbət gedirsə onda bəli, ilkin mərhələdə 7 rayonun qaytarılması vacibdir. Yəni Ermənistan ilkin mərhələdə 7 Qarabağ ətrafı rayonundan öz qoşunlarını çəkir, Dağlıq Qarabağda ermənilər qalıb yaşamağa davam və Dağlıq Qarabağın statusu məsələsi ikinci mərhələdə həll edilir. Azərbaycan bu təklifi əlbəttə ki, yaxşı qəbul edir və etməyə də davam edəcəkdir. Yəni Azərbaycan tərəfi mümkün olan bütün güzəştləri artıq edib və bundan artıq güzəştə edilməsi üçün yer yoxdur. Ermənistan sadəcə olaraq, bu prosesi uzatmaqla həm özünə, həm də Azərbaycana çox ciddi ziyan verməkdədir. Ona görə də, Ermənistan mümkün qədər tez istər mərhələli şəkildə, istərsə də kompleks şəkildə bu problemin həllinə razılaşmalıdır. Təbii ki, bütün hallarda Azərbaycanın ərazi bütövlüyü mübahisə və müzakirə mövzusu ola bilməz".

sia.az

Digər xəbərlər