"Vladimir Pozneri cağdaş rus jurnalistikasının zirvəsi və hətta vicdanı sayanlar çoxdur. Amma qızımız Arzu Məmmədova göstərdi ki, Pozner "o, əl uzadılıb salam veriləsi adam deyil",-dediyi Vladimir Solovyovdan elə də çox fərqlənmir. Onun kimi haylara muzdlu xidmət edir, etdiyi üçün də Qarabağı onların adına çıxır". Bunu SİA-ya millət vəkili Sahib Alıyev deyib."İndi Amerikada yaşayan, amma əslən Qarabağdan olan Arzu Məmmədova hayların bol olduğu Kaliforniyadakı toplantılardan birində həyasızcasına "Qarabağın rəsmən Ermənistanın torpağı" olduğunu bildirən Pozneri cox mədəni şəkildə, amma sərrastlıqla yerində oturdub. Böyük bir auditoriya qarşısında bu hay muzdlusuna BMT qətnamələrini xatırlatmaqla üzünə deyilməsi ki, "Qarabağ rəsmən Ermənistan torpağı" deyil, Qarabağ rəsmən Ermənistanın işğalı altındadır və siz belə davranışla uşaq, qadın cəlladlarını dəstəkləyir, minlərlə azərbaycanlının haqqını tapdayırsınız- bu, sözün hər anlamında ona verilən dərs idi. Dərs idi ki, sən çox təcrübəli və hazırlıqlı jurnalist ola bilərsən, amma satılmısansa, satıldığın üçün də qərəzlisənsə, illərlə yaratığın imici nəvən yaşda bir qızcığaz darmadağın edər. Arzu, əslində sən bununla təkcə Poznerə yox, xaricdə hakimiyyəti tənqid adı altında dövlətimizi gözdən salan, söyüş söyən, böhtan və təhqir yağdıran "azərbaycanlı"lara da dərs verdin, göstərdin ki, əsl vətənpərvərlik necə olur"-deyə, millət vəkili fikrini tamamlayıb.
sia.az