"Bu günkü reallıq ondan ibarətdir ki, Ermənistan tərəfi özünün işğalçılıq mövqeyindən, siyasətindən əl çəkmək fikrində deyil". Bunu SİA-ya açıqlamasında politoloq Elşad Mirbəşiroğlu deyib.Onun sözlərinə görə, iki-üç, gün öncə Ermənistanın müdafiə naziri Qarabağ məsələsi ilə bağlı KİV-in suallarını cavablandırarkən bildirdi ki, Qarabağ məsələsi həll olunub, yəni Ermənistan heç vaxt Qarabağdan əl çəkməyəcək: "Bu günkü Ermənistan hakimiyyətinin, konkret olaraq Paşinyanın mövqeyi ondan xəbər verir ki, Ermənistan tərəfi qeyri-konstruktiv mövqeyində israrlıdır və bundan sonrada israrlı olacaqdır. Azərbaycan münaqişə ilə bağlı siyasi üstünlükləri artıq çoxdan əldə edib və Azərbaycanın bu istiqamətdə diplomatik, səyləri də yaxşı nəticələr verir. Beynəlxalq ictimai fikir bu gün Azərbaycanın xeyirinədir və Azərbaycan bütün beynəlxalq tirbunalardan istifadə edərək öz obyektiv mövqeyini çatdırmaq yolu ilə beynəlxalq ictimai fikrə davamlı olaraq təsirlərini artırır. Bütün bunlar təbii ki, yaxşıdır və Azərbaycanın xeyirinədir. Amma Ermənistanın mövqeyi təbii ki, məsələyə nikbin baxmağa imkan vermir. Bununla yanaşı qeyd etmək lazımdır ki, Azərbaycan özünün beynəlxalq aləmdə münaqişə vəziyyəti ilə bağlı mövqelərini möhkəmləndirməklə, siyasi potensialını artırmaqla işğalçı Ermənistana beynəlxalq təzyiqlərini artırılmasını nail ola bilər. Bu halda hesab edirəm ki, Qarabağ ətrafı rayonların qaytarılması real müzakirə mövzusu olunacaqdır".
sia.az