"İnsan cəmiyyəti hər zaman inkişafa meyllidir. Bunun üçün müasir standartlar, təcrübələr var. Azərbaycan qədim demokratiya ənənəsinə sahib olan ölkə kimi belə nümunələri öz həyatında daha şəffaf şəkildə tətbiq imkanına malik olduğunu göstərir". SİA-nın xəbərinə görə, bunu Milli Məclisin sədr müavini Bahar Muradova "SƏLİS" layihəsinin təqdimat mərasimində çıxış edərkən deyib.SƏLİS layihəsinin başlanmasından keçən müddətdə proseslə yaxından tanış olduğunu deyən B.Muradova söyləyib ki, QHT-lərin fəaliyyətində müəyyən narahatlıqlar var idi ki, bu problemin aradan qaldırılması üçün mükəmməl elektron xidmət ortaya qoyulub: "Burada elektron vətəndaş və elektron appelyasiya xidmətini xüsusi qeyd etmək istəyirəm. Bu gün hər bir vətəndaşımız, QHT yolu ilə ölkəmizə xidməti yol tutan şəxslərin bütün qurumlarla əlaqələri elektron şəkildə şəffaf fəaliyyəti təmin edilir. Vətəndaş cəmiyyətinin yüksək səviyyədə fəaliyyəti üçün Prezidentinin siyasi iradəsi, dövlətin maliyyəsi ortadadır əsas məsələ vətəndaş cəmiyyət münasibətlərində QHT-lərin xidmət göstərmələridir".Milli Məclisin sədr müavini vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası SƏLİS layihəsi vasitəsilə bütün donor təşkilatları cəlb edilərək ideyaların irəli sürülməsi, layihələrin yazılması, maliyyənin ayrılması, xərclənməsi, appelyasiyadan keçməsi məsələləri vətəndaşların diqqət və nəzarəti altında olacaq: "Vətəndaş Cəmiyyəti qurumları, problemlərin həllini öz üzərinə götürən insanlar məsuliyyətli özləri olacaqlar. Məni razı salan məsələlərdən biri appelyasi prosesidir. Burada heç nə gizli qalmır və proses bütün narahatlıqlara son qoyur. Layihənin həyata keçirilməsində dəstək göstərən hər kəsə təşəkkür edirəm. Hesab edirəm ki, bu layihənin beynəlxalq təşkilatlarda və xarici ölkələrdə təqdimatı keçirilməldir. Layihənin xüsusilə də ATƏT-də təqdimatının keçirilməsini təklif edirəm".
yap.org.az