PDF Oxu

Siyasət

  • 4 277

"Ermənistanın 120 ölkəyə ağıl öyrətmək istəyi yolverilməzdir" RƏY-ÖZƏL

"Ermənistanın 120 ölkəyə ağıl öyrətmək istəyi yolverilməzdir" RƏY-ÖZƏL

“Əslində Bakıda Qoşulmama Hərəkatının Zirvə Görüşündə qəbul olunan yekun sənəddən sonra Ermənistan XİN-i heç bir səs çıxarmamalı, yaxın müddətdə ümumiyyətlə hər hansı bəyanat verməkdən çəkinməli idi. Çünki, bu addımla onlar bir daha özlərini dünyada ifşa etmiş oldular”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq İlqar Vəlizadə deyib.Ermənistanın XİN-i tərəfindən yayılan bəyanatın savadsızlıq və səriştəsizliyin göstəricisi olduğunu deyən politoloq söyləyib ki, görünür bəyanatı hazırlayanların beynəxalq qanunlardan xəbərləri belə yoxdur: “ Əslində onların beynəlxalq hüquq haqqında anlayışlarının olmadığı normal haldır. Əks halda, vaxtilə Azərbaycana qarşı təcavüz etməzdilər”.İ. Vəlizadə söyləyib ki, Ermənistan XİN-nin bəyanatının tonu qəbul olunmazdır: “ Dünya xəritəsində güclə görünən Ermənistanın dünyanın 120 ölkəsinə meydan oxumaq və ağıl öyrətmək istəyi yolverilməzdir. Ermənistan Qoşulmama Hərəkatında müşahidəçi qismində iştirak edir. Bu baxımdan işğalçı ölkə bu addımı atarkən ən azından təşkilatın nizamnaməsini varaqlamalı, hərəkatın əsas məqsədləri, prinsipləri haqqında məlumatlanmalı idi”.Politoloq qeyd edib ki, Ermənistan bu bəyanatın təkcə Azərbaycan deyil, 120 ölkənin birləşərək vahid mövqe ortaya qoyması kimi qəbul etməlidir: “Ermənistan XİN-i bu addımı ilə ölkəsini 120 ölkə ilə üz-üzə qoyur. Hesab edirəm ki, bu bəyanat Qoşulmama Hərəkatına üzv olan digər ölkələr üçün bir siqnam olmalıdır. Çünki, onlar Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin həllində hansı mövqeyə malik olduğunu, zərər çəkən və işğalçı ökənin kimliyini bir daha görmüş oldular. Hesab edirəm ki, bütün bunlar nəzərə alınmalı, Ermənisanın destruktiv fəaliyyəti maksimum şəkildə məhudlaşdırılmalıdır”.

sia.az

Digər xəbərlər