"ABŞ Nümayəndələr palatasının qondarma erməni soyqırımı haqqında qəbul etdiyi 296 saylı qətnamə qərəzli olmaqla dünyada ikili standarların hökm sürdüyünü bir daha təsdiqləyir". Bunu SİA-ya YAP Siyasi Şurasının üzvü, millət vəkili Aydın Hüseynov deyib."Çünki Ermənistanın regionda insanlığa qarşı amansız hərəkətlərinə susan bu qüvvələr tarixi saxtalaşdırmaqla heç bir siyasi və hüquqi əsası olmadan belə bir qərar qəbul edir. O dövrün tarixini bir daha araşdırmaq üçün Türkiyənin birgə komissiya yaratmaq təklifini qəbul etməməklə saxtakarlıq nümayiş etdirmək və həqiqəti danmaq Ermənistan rəhbərliyinin çirkin niyyətinin göstəricisidir. Əfsuslar olsun ki, dünyada insanlığa və humanizmə qarşı çıxan qüvvələri hələ də dəstəkləyənlər var. Biz tarixi həqiqətləri saxtalaşdıran istənilən qərarı qəti surətdə pisləyirik"-deyə, millət vəkili deyib.
sia.az