“ABŞ Konqresindin Nümayəndələr Palatasında böyük səs çoxluğu ilə “erməni soyqırımı” ilə bağlı qərarı qəbul edirsə, demək ki, bu, siyasi gedişdir”. Bu fikirləri SİA-ya açıqlamasında siyasi şərhçi Arzu Nağlyev deyib.O bildirib ki, verilən qərarın məqsədi Türkiyəyə qarşı təzyiq mexanizmi kimi istifadə etməkdir: “Ancaq bu qərar hələ Senata çıxarılmalıdır. Senat da bütün ştatların nümayəndəsi deməkdir. Daha sonra ABŞ Prezidenti cənab Tramp tərəfindən imzalanmalıdır. Yəni, bu, uzun çəkəcək prosesdir. Sadəcə olaraq, bu, Türkiyəyə sanksiyalarla bağlı verilən mesajdır”.Atılan addımın gözlənilən olduğunu dilə gətirən A. Nağıyev buna paralele olaraq ABŞ tərəfindən Türkiyəyə qarşı iqtisadi sanksiyaların tətbiq olunması da gözlənilir: “Türkiyə mətbuatı ABŞ prezidenti Donald Trampla Ərdoğanın görüşününü planlaşdırıldığını yazır. Məlumata görə, görüşdə bir sıra məsələlərlə yanaşı, bu məsələyə toxunulacaq. Çünki bütün dünyaya bəyan edilib ki, Türkiyə arxivləri bu gün açılmağa hazırdır, soyqırımla bağlı hər hansı suallar varsa, oradan bu materiallar götürülə bilər”.Siyasi şərhçi qeyd edib ki, ermənilər bu məsələyə ikili yanaşaraq öz xeyirlərinə istifadə etməsi təəssüf doğurur: “Onların bunu erməni lobbisinin qələbəsi kimi qələbə versələrə də, bu, absurd məsələdir.
sia.az