PDF Oxu

Siyasət

  • 4 372

"Beynəlxalq Astronavtika Konqresinə evsahibliyi etmək ölkəmizə inamın göstəricisidir" AÇIQLAMA-ÖZƏL

"Beynəlxalq Astronavtika Konqresinə evsahibliyi etmək ölkəmizə inamın göstəricisidir" AÇIQLAMA-ÖZƏL

“Vaşinqtonda Beynəlxalq Astronavtika Federasiyasının Baş Assambleyasında keçirilmiş seçkilərdə Bakı şəhərinin 2022-ci ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etmək hüququ qazanması ölkəmizə göstərilən inamın, etimadın göstəricisidir”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı İlham Məmmədov deyib.O bildirib ki, əgər Astronavtika ilə bağlı, ümumi planetimizin kosmik fəzasının problemlərinin həlli ilə bağlı məsələlərin müzakirəsinin Azərbaycana etibar edilirsə, demək ölkəmiz bu sahədə infrasturukturu qurub yarad bilib.Azərbaycanın kosmik fəzanı tətbiq edən ölkələr sırasında olduğunu deyən deputat söyləyib ki, bu gün ölkəmizin kosmik peyklərinin fəzada xidmət göstərməsi bizim kosmik dövlətlər sırasına daxil olmağımızın əyani sübutudur: “Azərbaycan dünyada kosmik ölkələr sırasına daxil olan az ölkələrdən biridir. Bu böyük nailiyyətdir. Bir neçə il öncə peyklərimizin fəzaya qalxamasını böyük sevinclə qeyd etməyimiz əbəs deyildir. Hazırda bunun sayəsində Azərbaycan dünyanın keçdiyi rəqəmsal və elektron xidmətləri kənardan almadan birbaşa özünün malik olduğu mənbədən istifadə edir”.İ. Məmmədov qeyd edib ki, Azərbaycanın özünəməxsus peyklərinin olması ölkəmizin həm də iqtisadi sahədə inkişafı üçün çox önəmlidir: "Bu uğurlar asan əldə olunmayıb. Bunun üçün yüksək maliyyə sərf olunub. Ümumilikdə isə, Azərbaycanın əldə etdiyi hər bir uğur Ulu Öndər Heydər Əliyevin qurub yaratdığı, bu gün Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilən, vaxtında düşünülmüş şəkildə həyata keçirilən addımların sayəsində əldə olunub. Bu uğurlar Azərbaycanın beynəlxalq aləmdə yüksək imcinə xidmət edən əsas amillərdir”.

sia.az

Digər xəbərlər