PDF Oxu

Siyasət

  • 4 331

“Birlik sifarişlə yaranırsa, o birliyin tezliklə də dağılması qaçılmazdır” RƏY-ÖZƏL

“Birlik sifarişlə yaranırsa, o birliyin tezliklə də dağılması qaçılmazdır” RƏY-ÖZƏL

"Bu gün heç kəsə sirr deyil ki, müxalif ünsürləri ortaya atanlar Azərbaycanı sevməyən xarici qüvvələr təşkil edirlər və göstərişdə, maliyyədə ordan gəlir. Pərakəndə, dağınıq halda olan müxalifət düşərgəsini təmsil edən şəxslərə milyonlarla pul buraxan insanların tapşırığı, göstərişi vacibdir". Bunu SİA-ya açıqlamasında “Azadlıq Hərəkatçıları” Birliyinin sədri Təhmasib Novruzov deyib.Onun sözlərinə görə, heç şübhəsiz ki, bu birləşmə göstərişi, tapşırığı xarici qüvvələr tərəfindən gəlir: "Əgər xarici qüvvələr bunlara tapşırıq versələr ki, Paşinyanla birləşin və yaxud Dağlıq Qarabağın qondarma rejimi ilə birləşin və onlarla əlbir olun, onlarla bir yerdə fəaliyyət göstərin, dərhal ona əməl edərlər. Çünki bunlar o qədər həyasızlaşıblar ki, artıq bunlar üçün nə millət, nə dövlət, nə də ki, xalq bunlar üçün önəmli deyil. Sadəcə olaraq, bir həqiqəti bunlar anlamır ki, hər hansı bir birlik sifarişlə yaranırsa o birliyin tezliklə də dağılması, parçalanması qaçılmazdır. Necə ki, biz bunu indiyə qədər dəfələrlə görmüşük yəni müxtəlif adlarda müxtəlif birliklər yaradıblar və sonrada həmin birliklər hamısı da dağılıb. Ona görə ki, müxalifət tərəfindən bu birliklərin yaradılması xaricidən verilən tapşırıqlardır, yəni onların “ağaları” tərəfindən verilən göstərişdir. Amma bir həqiqət var ki, Arif Hacılının vaxtı ilə bir-birinə düşmən münasibət bəslədiyi adamlarla hətta cinayətkar adlandırdıqları, xalqa xəyanət edən adamlarla bir araya gəlmək birlikdə olmaq istəyi baş tutmayacaq".

sia.az.

Digər xəbərlər