Siyasət

  • 4 214

"Bəzən Amerikanın Türkiyə ilə maraqları kəsişir" ÖZƏL-MÜNASİBƏT

image

“ABŞ digər ölkələrdən nə tələb edirsə, Türkiyədən də onu tələb edir”. Bunu SİA-ya politoloq Elxan Şahinoğlu deyib.“Yəni, Amerikanın bütün istəkləri, tələbləri yerinə yetirilsin. Bu isə mümkün deyil. Düzdür, Amerika dünyanın supergücüdür, amma bəzən Amerikanın Türkiyə ilə maraqları kəsişir. Türkiyə necə razı ola bilər ki, Amerika gəlib PKK terrorçuları ilə ittifaq qursun və yaxud illərdir Türkiyə tələb edir ki, Fətullah Gülən Türkiyəyə verilsin, amma ABŞ bu tələbi yerinə yetirmir. Bütün bu məsələlər sonda ona gətirib ki, maraqlar kəsişib və ABŞ da hansısa "erməni soyqırımı"nı qəbul etməklə Türkiyəyə təsir etdiyini düşünür. Ancaq əks nəticə ilə üzləşə bilər. ABŞ bununla Türkiyəni özündən daha çox uzaqlaşdıracaq. Türkiyə uzun illər Amerikanın müttəfiqi olub, hətta "soyuq müharibə"də hər zaman Amerikanı dəstəkləyib. Ancaq artıq "soyuq müharibə" illəri deyil. Türkiyə regional gücə çevrilib və Amerika bununla barışmaq istəmir.Amerika əlində olan bütün alətləri Türkiyənin əleyhinə işə salıb: həm şəxslərə, həm şirkətlərə, həm mallara qarşı sanksiyalar, erməni qətnaməsinin qəbulu, Suriyada terrorçulara verilən dəstək, bütün hamısı təzyiqdir. Bundan artığını ehtimal etmirəm”-deyə, politoloq bildirib.

sia.az

Digər xəbərlər