Siyasət

  • 4 726

Bəhruz Quliyev: “Müxalifət bir daha əmin oldu ki, cəmiyyət mitinq fikirlərini dəstəkləmir” AÇIQLAMA-ÖZƏL

image

“Oktyabrın 19-da “Milli Şura” tərəfindən keçirilən icazəsiz aksiya cəhdi bir daha göstərdi ki, xalq onların mitinq istəyini dəstəkləmir və radikal müxalifət heç bir sosial bazaya malik deyil”. Bu fikirləri SİA-ya açıqlamasında “Səs” qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev deyib.O bildirib ki, bir-iki öyrədilmiş şəxsin çağırışı ilə heç nəyə nail olmaq mümkün deyil: “Son aksiya cəhdi bir daha sübut etdi ki, bu gün mitinq mövzusu aktual deyil. Azərbaycan xalqı iqtidara inanır. Xalqımız hər hansı problemlərin həllində dövlətimizin, ölkə başçısının atdığı addımları dəstəkləyir”.Ekspert söyləyib ki, bu gün ölkəmizdə həyata keçirilən və bütün sahələri əhatə edən islahatlar, proseslər vətəndaşların sosial müdafiəsinə, rifahına müsbət mənada təsir göstərirsə, mühüm addımlar atılırsa, dəyişikliklər edilirsə, demək əsil inqilabçı hakmiyyətin özüdür.B.Quliyev vurğulayıb ki, bu gün müxalifətin şəhərin mərkəzində aksiya keçirməsinə nə zərurət, nə də sosial sifariş var: “Bilirsiniz ki, müxalifət noyabrın 2-də mitinq keçirmək istəyirdi. Hər zaman olduğu kimi onlar bu dəfə də mitinqdən qabaq sosial şəbəkələrdə eksperiment apararaq aksiya istəyinin cəmiyyətdə necə qarşılanması təcrübəsindən istifadə etdilər. Onlar bununla bir daha əmin oldular ki, cəmiyyət mitinq fikirlərini dəstəkləmir. Müxalifətə mitinq keçirməklə bağlı rəsmi icazə verilsə də, onlar ayrılan ərazini doldurmaq gücünə malik deyillər. Bu baxımdan da “Milli Şura” şəhərin mərkəzlərinə can ataraq sadə insanları öz aksiyalarına qatmaq, say artırmaq məqsədi güdürdü. Amma göründüyü kimi onların bu cəhdi də alınmadı, xalqın özündən mitinq çağırışı edənlərə qarşı böyük narazılıq, təpki görərək noyabrın 2-nə təyin olunmuş qanunsuz aksiyanı arxa plana keçirdilər. Çünki, bu aksiya onların olmayan nüfuzuna zərər gətirəcək və onların tam şəkildə cəmiyyətdən təcrid olunmasına gətirib çıxaracaqdı”.

sia.az

Digər xəbərlər