Siyasət

  • 3 463

“Huawei” şirkəti Portuqaliyanın ümumi daxili məhsuluna 50 milyon avro məbləğində təsir göstərib

image

Çinin “Huawei” şirkəti 2018-ci ildə Portuqaliyanın ümumi daxili məhsuluna (ÜDM) 50 milyon avro, bütün Avropa üzrə ÜDM-ə isə 12,8 milyard avro məbləğində təsir göstərib.SİA xəbər verir ki, Britaniyanın “Oxford Economics” konsaltinq şirkətinin məlumatına görə, “Huawei” Portuqaliyada 90 milyon avro məbləğində vergi ödəyib və ölkədə 900 iş yeri yaradıb.“Oxford Economics”in məlumatı Parisdə keçirilən “Huawei” İnnovasiyalar Günündə təqdim edilib.Hesabata görə, Portuqaliya Çin şirkətinin Avropada iqtisadi təsir göstərdiyi əsas ölkələrindən deyil. Bu siyahıda Macarıstan liderlik edir. Macarıstanda “Huawei”dən ÜDM artımı 0,39 faiz təşkil edib. Həmin göstərici İsveçrədə 0,16 faiz, Böyük Britaniyada 0,14 faiz, Rumıniyada 0,13 faiz, Finlandiyada 0,12 faiz, Niderland, İsveç və Litvada 0,10 faiz, Almaniya və Bolqarıstanda 0,09 faiz təşkil edib.“Huawei”nin Çinin hüdudlarından kənarda ən iri bazarı Avropadır. Şirkət 5G mobil internet texnologiyasının inkişafı sahəsində liderlərdən biridir və onun 50 lisenziyasından 28-i Avropa operatorları üçün işləyir.

sia.az

Digər xəbərlər