Siyasət

  • 4 169

Əli Əhmədov: Hər bir Azərbaycan vətəndaşı dövlətimizin bayrağı ilə fəxr edir, onu sevir və uca tutur

image

Noyabr ayının 9-da Azərbaycanda bayraq günü qeyd edilir. Bayraq dövlətin rəmzi, müstəqilliyin atributudur. Bayraq, habelə xalqın qürur mənbəyi, onun özünütanıma və özünüifadə formasıdır. Hər bir Azərbaycan vətəndaşı dövlətimizin bayrağı ilə fəxr edir, onu sevir və uca tutur. İndi bayrağımız dünyanın müxtəlif yerlərində mötəbər məclislərdə, idman yarışlarında dalğalanır. Bu fikirlər Baş nazirin müavini, YAP –ın Sədr müavini –İcra katibi Əli Əhmədov Bayraq günü münasibətilə özünün facebook səhifəsindəki paylaşımda yer almışdır. “Bayraq günü münasibətilə hər birinizi təbrik edir, xalqımıza əmin amanlıq, ölkəmizə daha böyük tərəqqi və yüksəliş arzulayıram.”- Əli Əhmədov fikirlərini bu təbrik sözləri ilə yekunlaşdırmışdır.

yap.org.az

Digər xəbərlər