Siyasət

  • 3 411

"Dünya kitabxanalarında Azərbaycana məxsus əlyazmaları ölkəyə gətirməliyik" TƏKLİF

image

“Ürək ağrısı ilə qeyd edirəm ki, əsrlər boyu xalqımızın milli müstəqilliyi olmadığına görə, qeyri-maddi mənəvi sərvətlər əlyazmalar talanıb, digər ölkələrə aparılıb. Misal olaraq Füzulinin “Ərəb divanı” uzun 10 illiklər ərzində mütəxxəssilər tərəfindən axtarılsa da, son nəticədə Sankt-Peterburqda yerləşən kitabxanadan tapıldı”. SİA-nın xəbərinə görə, bunu Milli Məclisin deputatı Gövhər Baxşəliyeva parlamentin bu gün keçirilən plenar iclasında dövlət büdcəsinin üzakirəsi zamanı çıxış edərkən deyib.O bildirib ki, ölkəyə gələn işğalçıların istilası nəticəsində əl yazmalar kütləvi şəkildə başqa ölkələrə aparılıb: "Xarici ölkələrdə kütləvi şəkildə Azərbaycana məxsus əlyazmalar var. Düşünürəm ki, bu işlə məqsədyönlü şəkildə məşğul olmalı, dünya kitabxanalarında mövcud olan əl yazmaları ölkəmizə gətirməliyik”.

sia.az

Digər xəbərlər