Siyasət

  • 3 268

Ali Erbaş: Terror təşkilatlarına yardım edənlərə Bakı Sammiti vasitəsilə mesaj göndərməyə çalışacağıq

image

Dinlər Yer üzünə birliyi, sülhü, xeyri bərqərar etmək üçün göndərilib. Bütün peyğəmbərlərin məqsədi pislikləri aradan qaldırmaq, yaxşılıqları təbliğ etmək olub. Bakıda Dünya dini liderlərinin II Sammitində iştirak dini liderlər müharibə, aclıq, terror kimi önəmli problemlərin həlli yollarını müzakirə edirlər. İki gün davam edəcək sammitin aktual məsələlərin həllinə töhfə verəcəyinə inanıram.

Bu fikirləri sammitdə iştirak edən Türkiyə Dəyanət İşləri başqanı Ali Erbaş deyib.
"Bütün dünyaya, xüsusilə terror təşkilatlarına yardım edənlərə Bakı Sammiti vasitəsilə mesaj göndərməyə çalışacağıq. Bildirmək istəyirik ki, terrorun dini, inancı yoxdur və o, hər kəs üçün təhlükəlidir. Türkiyə terror təşkilatları ilə hələ də mübarizə aparır. Biz apardığımız mübarizəyə bütün ölkələrin, dini liderlərin dəstək verməsini arzulayırıq", - deyə A.Erbaş qeyd edib.
Türkiyə Dəyanət İşləri başqanı Məhəmməd Peyğəmbərin mövlud həftəsi ilə əlaqədar noyabrın 16-da Bakıda tədbir təşkil edəcəklərini də diqqətə çatdırıb. Bildirib ki, həmin tədbirdə İslam Peyğəmbərinin nümunəvi həyat yolundan danışılacaq, onun insanlara qazandırdığı dəyərlərdən söhbət açılacaq.

yap.org.az

Digər xəbərlər