PDF Oxu

Siyasət

  • 4 314

Siyəzəndə "Seçkidə iştirak etmək vətəndaşlıq borcumuzdur!" mövzusunda dəyirmi masa keçirilib

Siyəzəndə "Seçkidə iştirak etmək vətəndaşlıq borcumuzdur!" mövzusunda dəyirmi masa keçirilib

Siyəzən rayon Gənclər Mərkəzində rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə "Seçkidə iştirak etmək vətəndaşlıq borcumuzdur!" mövzusunda dəyirmi masa keçirilib. Gənclər arasında seçki prosesinin və seçkilərdə iştirakın təbliği, qarşıdan gələn bələdiyyə seçkilərində rayon gənclərinin fəallığının artırılması, seçkilər zamanı səsvermə hüququndan ilk dəfə istifadə edən gənclərin maarifləndirilməsi və seçkilərdə iştirakının təmin edilməsi məqsədi daşıyan tədbirdə 50-yə yaxın gənc iştirak edib.

Tədbirdə rayon Gənclər və İdman İdarəsinin rəis müavini Vüsal Alışov, 54 saylı Şabran-Siyəzən Dairə Seçki komissiyasının üzvü İxtiyar İsayev, şəhər 2 saylı tam orta məktəbin müəllimi Zərbalı Yusifov və şəhər 3 saylı tam orta məktəbin tərbiyəvi işlər üzrə direktor müavini Telman Məmmədov çıxış edərək, ölkəmizdə gənclərin inkişafı istiqamətində görülən işlər, Siyəzən rayonunun inkişafı ilə bağlı gələcək planlar, ictimai-siyasi həyatın vacib hissəsi kimi seçkilərin əhəmiyyəti, seçkilərin keçirilməsinin qanunvericilik əsasları, bu sahədə qəbul edilmiş hüquqi aktlar, seçki günü səsvermə proseduru və qaydaları haqqında tədbir iştirakçılarına ətraflı məlumat verilib. Bildirilib ki, dekabrın 23-də keçiriləcək bələdiyyə seçkiləri ölkəmizin həyatında mühüm və əhəmiyyətli bir hadisə olacaqdır. Bələdiyyə orqanlarına seçkilərdə gənclərin namizədliklərinin irəli sürülməsi və müdafiəsi istiqamətində irəli sürülən təkliflər təqdirəlayiqdir. Əhali ilə daimi ünsiyyətdə, gündəlik qayğıların mərkəzində olan bələdiyyə idarəetmə sistemində gənclərə meydan verilməsi onların formalaşması, ictimaiyyət arasında tanınmaları və təcrübə toplamaları üçün əhəmiyyətlidir. Qarşıdakı bələdiyyə seçkiləri bunu bir daha sübut etməklə, ölkəmizdə demokratik inkişafın əyani ifadəsinə çevriləcəkdir. Seçkinin vacib məsələ olduğunu bir daha vurğulayan məruzəçilər dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində bütün gəncləri fəallıq nümayiş etdirməyə çağırıblar.
Sonda mövzu ilə bağlı maarifləndirici videoçarx nümayiş etdirilib.
ZÜMRÜD BAYRAMOVA

Digər xəbərlər