PDF Oxu

Siyasət

  • 3 604

"Ermənistan hakimiyyəti növbəti dəfə təxribata cəhd etdi" ŞƏRH-ÖZƏL

"Ermənistan hakimiyyəti növbəti dəfə təxribata cəhd etdi" ŞƏRH-ÖZƏL

“Qarşılıqlı səfərlər etmiş Azərbaycan və Ermənistan jurnalistlərinin missiyası əleyhinə Ermənistan hakimiyyətinin təxribatı dərhal özünü göstərdi”. Bu fikirləri SİA-ya açıqlamasında “ Bakı Xəbər” qəzetinin baş redaktoru, siyasi eksper Aydın Quliyev deyib.Jurnalistlərin Bakıya və İrəvana səfərlərinin yekunları barədə Ermənistan XİN-i tərəfindən bəyanat yayıldığını deyən ekspert sözügedən bəyanatın sözün həqiqi mənasında təxribat olduğunu dilə gətirib: “Əvvəla ona görə ki, Nağdalyan bu səfərlərin ATƏT sədrinin şəxsi nümayəndəsinin koordinasiyası ilə Azərbaycan, Ermənistan və“ arsax”ın XİN rəhbərləri tərəfindən hazırlandığını bildirib. Beləliklə “arsax” adlı qondarma qurum Azərbaycan və Ermənistanla bərabər tərəf kimi təqdim edilib ki, bu da qəti şəkildə yolverilməz yanaşmadır”.A.Quliyev vurğulayıb ki, bununla yanaşı Nağdalyanın Azərbaycan jurnalistlərinin Ermənistan və “arsax”da Ermənistan və “arsax” jurnalistləri isə Azərbaycanda olması ilə bağlı fikirləri kökündən yanlış və yolverilməzdir: “Qondarma "arsax"ın Azərbaycan və Ermənistanla bərabər tərəf kimi təqdim edilməsi beynəlxalq hüquq normaların ziddir”.Ekspert söyləyib ki, Azərbaycanın Xarici İşlər Nazirliyinin ermənilərin bu informasiya təxribatının arxasındakı tam aşkar və məkrli niyyəti ifşa edən sərt cavab bəyanatı ilə yanaşı, ATƏT sədrinin şəxsi nümayəndəsini bu təxribata reaksiya verməyə çağırması vacibdir.

sia.az

Digər xəbərlər