PDF Oxu

Siyasət

  • 4 219

"Hər iki dövlətdə qardaş xalqlar birgə, mehriban şəraitdə yaşayırlar" ÖZƏL-MÜNASİBƏT

"Hər iki dövlətdə qardaş xalqlar birgə, mehriban şəraitdə yaşayırlar" ÖZƏL-MÜNASİBƏT

“Azərbaycan-Rusiya əlaqələrini şərtləndirən faktorlar ilk növbədə möhkəm dostluq, mehriban qonşuluq, etibarlı tərəfdaşlıq və qarşılıqlı hörmət prinsipləridir”. Bunu SİA-ya Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov deyib.Onun sözlərinə görə, bu münasibətlərin həm tarixi kökləri var və həm də bu münasibətlər iki qonşu xalqın əsrlərlə formalaşdırdığı dostluq kimi vacib bir dəyərlə daha da zənginləşmişdir: “Hər iki ölkənin prezidentləri mütəmadi görüşərək bu münasibətlərin inkişafına önəm verdiklərini ifadə edirlər. Artıq elə bir sahə yoxdur ki, o sahədə əlaqələr və əməkdaşlıq mövcud olmasın və inkişaf etməsin. Siyasi əlaqələr, hər iki ölkənin prezidentlərinin dostluq münasibətləri əlaqələrin daha da genişlənməsində ciddi faktordur. Dövlət başçılarının iradəsi ilə siyasi, iqtisadi, humanitar, hərbi-texniki və s. sahələrdə əməkdaşlıq dinamik xarakter daşıyır. Belə ki, ölkələrarası ticarətin həcmi genişlənməkdədir, birgə layihələrdə iştirak hər iki dövlətin iqtisadiyyatına dividentlər gətirməkdədir. Xarici ticarətin artım tempi yüksələn templə davam edir və artıq bu ilin sonunadək ticarət dövriyyəsinin 3 milyard dollara çatması gözlənilir. Həm Rusiyanın, həm də Azərbaycanın əlverişli investisiya mühiti işğüzar dairələr üçün geniş üfüqlər açmaqda davam edir. 700-ə yaxın Rusiya şirkətinin Azərbaycan iqtisadiyyatına yatırdığı investisiya 4,6 milyard dollar, bizim dövlətin yatırdığı investisiya kapitalı isə 1,2 milyard dollar təşkil edir və Rusiyanın ən müxtəlif regionlarını əhatə edir. Bu strateji iqtisadi əlaqələr energetika sahəsində, birgə nəqliyyat qovşaqlarının istifadəsi, həmçinin kənd təsərrüfatı sahəsində də davamlı şəkildə inkişaf etməkdir.Azərbaycan-Rusiya əlaqələri iki dost və qonşu dövlətin münasibətləri olaraq zamanın sınağından çıxmışdır. Hər iki dövlətdə qardaş xalqlar birgə, mehriban şəraitdə yaşayırlar və bu da əlaqələrin daha da etibarlı şəkildə inkişafında vacib elementlərdən biridir”.

sia.az

Digər xəbərlər