PDF Oxu

Siyasət

  • 7 127

Rasim Quliyev: “Əli İnsanovu ətrafındakılarla bir maraq birləşdirir, o da qisasçılıqdır" - MÖVQE

Rasim Quliyev: “Əli İnsanovu ətrafındakılarla bir maraq birləşdirir, o da qisasçılıqdır" - MÖVQE

"Qisas üzərində qurulan təbliğat yalnız sabun köpüyü ola bilər”

"Yaradılan yeni partiya ideoloji əsasa söykənmədiyi üçün, heç bir uğurlu gələcək vəd etmir. İstər Ə.İnsanov, istərsə də onun ətrafındakı adamları bir maraq birləşdirir, o da qisasçılıqdır. Təqdimatdan da görünür ki, əksəriyyəti cəmiyyətdə ciddi çəkiyə malik olmayan, orta məmur kontingentini təmsil etmiş sabiq məmurlardır". Bunu “Resurs” Analitik İnformasiya Mərkəzinin rəhbəri Rasim Quliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirib.R.Quliyev bildirib ki, görünür, onların hamısının nə vaxtsa bu iqtidarla maraqları kəsişib, ona görə də bir yerə toplaşıblar: "Bilirsiniz ki, YAP və onun təmsil etdiyi hakimiyyət uzun müddətdir dövlətçilik yolunda sabitqədəm hərəkət edir. Bunlar isə gedən qatardan düşüb qalmış insanlardır. Həyat inkişaf edir. İqtidar qatarı öz trayektoriyası ilə hərəkət edir. Ə.İnsanovun ətrafındakı insanlar isə hansısa dayanacaqda düşüb qalıblar. Onların hazırkı cəmiyyətdə önə çıxması üçün nə münbit şərait, nə də potensialları var. Yəqin ki, partiya tam formalaşandan sonra biz az sayda müxtəlif yeni adamları orada görə biləcəyik və onda proseslə bağlı ətraflı rəyimizi təqdim edəcəyik. Partiyanın adını nə istəyirlər qoysunlar. Əsas ad deyil, əsas onun mahiyyəti və kimlərin ora toplaşmasıdır. Onların güvənəcəyi, söykənəcəyi sosial baza da yoxdur. İlkin təqdimatdan görünür ki, onların heç beynəlxalq aləm tərəfindən də qəbul olunmaq perspektivləri yoxdur. Hansı tərəfdən baxsaq, burada bir perspektiv görmürük. Qisas üzərində qurulan təbliğat yalnız sabun köpüyü ola bilər. Xüsusilə də quruma Ə.İnsanovun rəhbərlik etməsi onu indidən uçuruma yuvarladıb. Ambisioz və qisasçılıq adda bir ideologiya yoxdur ki, onun ətrafında siyasi fəaliyyət aparmaq mümkün olsun. Azərbaycanda olan passiv, yalnız sədr və portfelindən ibarət partiyalardan birinin də sayı artmış olacaq”.

sia.az

Digər xəbərlər