PDF Oxu

Siyasət

  • 3 966

"Dialoqlar münasibətlərin daha da inkişaf etməsinə kömək edəcək" ÖZƏL-MÜNASİBƏT

"Dialoqlar münasibətlərin daha da inkişaf etməsinə kömək edəcək" ÖZƏL-MÜNASİBƏT

"Azərbaycan Respublikasının Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Rusiya Federasiyasına səfəri çox uğurlu olub". Bu sözləri SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib.O bildirib ki, Azərbaycanın regionlararası iqtisadi əlaqələrinə dair Forum keçirilib və bu Forumda qarşılıqlı ticarət əlaqələrin həcminin iki dəfə və daha çox artırılmasına dair razılıqlara gəliblər: "Regionlararası əməkdaşlıq uzun müddətdir ki, davam edir və bu əlaqələr digər regionlara da yayılmaqdadır. Bu addım əlaqələrin daha dinamik, daha sürətli inkişafına təkan verəcək. Həmçinin birinci vitse-prezident Mehriban Əliyevanın Rusiya prezidenti Vladimir Putinlə və baş nazir Dmitri Medvedyevlə görüşü bütünlükdə həm Azərbaycan-Rusiya münasibətlərinin inkişafına, həm də regional problemlərin həllinə münasibdir. Aparılan dialoqlar Rusiya və Azərbaycan münasibətlərinin etimad dairəsinin daha da genişləndirilməsinə, münasibətlərin daha da inkişaf etməsinə kömək edəcək".

sia.az

Digər xəbərlər