Siyasət

  • 4 268

"İnsanlar bu qanun layihəsindən razı qalacaq"

image

Azərbaycan Respublikasının qanununda tibbi sığorta haqqında qanun layihəsi var idi. Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Kamilə Əliyeva deyib.Deputat qeyd edib ki, demək olar yenidən bu qanun layihəsinə əlavələr, dəyişikliklər olundu və bundan əvvəlki tibbi sığorta haqqında qanunla heç bir oxşarlıq qalmayıb: “Sanki qanun yenidən yazıldı. İcbari tibbi sığorta haqqında qanun layihəsi çox böyük əhəmiyyət kəsb edir. Bildiyiniz kimi vətəndaşlar bu qanun layihəsindən bəhrələnmək üçün bu qanun layihəsinin yolunu çox səbrsizliklə gözləyirlər. Mənə elə gəlir ki, bu qanun haqqında insanlar arasında maarifləndirmə işləri aparmaq lazımdır. Hər kəs gözləyir ki, yanvarin 1-dən bu qanun layihəsi qüvvəyə minəcək”.K.Əliyeva bildirib ki, bu düzdür qanun layihəsi 2020-ci ildən qüvvəyə minir, amma hələ bu mərhələlər şəklində olacaq: “Yəni bütün əhali yanvar ayının 1-dən bundan bəhrələnə bilməyəcəklər. Bu qeyri-mümkündür, çünki müəyyən problemlər, çözüləsi məsələlər var. Ümumiyyətlə bu sistemə keçiriksə birdən-birə bu sistemi bütün respublikada tətbiq etmək əksinə bir sıra başqa problemlərin yaranmasına gətirib çıxara bilər və ona görə də mərhələlərlə olacaq. İlk mərhələdə kvartallara bölünür, ( 3 aylara) birinci 3 ayda Azərbaycanın şimal rayonları nəzərdə tutulur bura 20 rayon aiddir, ikinci mərhələdə qərb rayonları, bura da 17 rayon aiddir, sonra cənub zonası, sonuncu 3 ay isə Bakı, Bakıətrafı və Sumqayıt şəhəri nəzərdə tutulub. Yəni qanun layihəsi mərhələli şəkildə həyata keçiriləcək. Bu qanunun qəbul olunması ilə insanları bucür narahat edən bir sıra məsələlərin həlli öz əksini tapmış olacaq”.Deputat vurğulayıb ki, artıq sevindirici hal da ondan ibarətdir ki, məsələn biz qanun layihəsində hər adam başına 29 manat nəzərdə tutulurdusa, indi bu 29 manat 90 manata qədər qaldırılıb: "Adam başı 90 manat həcmində nəzərdə tutulur. İşləyənlər sığorta haqqı ödəyəcək, lakin məcburi köçkünlər, uşaqlar, maddi vəziyyəti aşağı olanlar, işsizlər, uşağı 18 yaşına çatmamışların sığorta haqqı dövlət tərəfindən ödəniləcək”.Millət vəkilinin sözlərinə görə, bunu da əhalinin nəzərinə çatdırmaq lazımdır ki, bütün xəstəliklərin müalicəsi üçün hələki tibbi sığorta nəzərdə tutulmayıb: “Xüsusi siyahı var, həmin siyahıda nəzərdə tutulan bəzi əməliyyatlar, xəstəliklər var ki, insanlar maariflənməlidir. Onlar bilsinlər ki, tutaqki hansısa əməliyyat lazımdır düşünməsin ki, tibbi sığortaya görə əməliyyat olunacaq. Yalnız xüsusi siyahıya daxil olunmuş xəstəliklərlə əlaqədar ola biləcək. Dövlətimiz gündən-günə qüvvətlənir, güclənir, maliyyə imkanları artır ki, bunu qəbul etdiyimiz büdcə də göstərir. İldən ilə büdcəmiz artır və sonralar bu siyahının daha da genişlənəcəyi gözlənilir və gələcəkdə də bu sahədə genişlənəcək. Problemlər çoxdur, məsələn klinik protokolların tərtib olunması və.s kimi. Lakin bizim vaxtımız da çox azdır. Demək bir aydan biraz çox vaxt qalıb, qanunun işlək hala çatması üçün bəzi problemlər var və onların üstündə də işlər gedir. Bu gün biz, səhiyyə komitəsi ikici oxunuşa yığışırıq. Hələki bu qanun üzərində işlər gedir. Ümumiyyətlə mənə elə gəlir ki, bu qanun qüvvəyə mindikdən sonra insanların çox böyük əksəriyyətinin tələbatını ödəyəcək, insanlar bu qanun layihəsindən razı qalacaq və çox işlək bir qanun layihəsi olacaq.

sia.az

Digər xəbərlər