Siyasət

  • 3 445

"Bu "müxalifət"in heç bir konstruktiv təklifi yoxdur" ÖZƏL-MÖVQE

image

"Azərbaycan xalqı müdrik xalq olaraq hər zaman yaxşını pisdən, ağı qaradan çox gözəl seçmək qabiliyyətinə malikdir. Müxalifətin əsassız, uydurma və şər-böhtandan ibarət bütün arqumentlərinə iqtidarın cavab verməyə kifayət qədər tutarlı sözü də var, əməli işi də var". Bunu SİA-ya millət vəkili Şəmsəddin Hacıyev deyib.Onun sözlərinə görə, müxalifət yalnız cəfəngiyyat danışırsa, iqtidar əhalinin rifahı, hər bir Azərbaycan vətəndaşının rahat, firavan və gələcəyinə ümid dolu yaşaması üçün konkret işlər görür: "Cəmiyyət bütün bu dediklərimizi çox gözəl bilir və müxalifətə də qətiyyən etimad etmir. Sağlam müxalifət iqtidar partiyasına qarşı müxalif mövqedə durmalıdır, bizim dağıdıcı, dekonstruktuv müxalifət isə milli dəyərlərimizə, xalqımızın mənafelərinə, Azərbaycanın müstəqil dövlətçiliyinə qarşı müxalifət mövqeyindən çıxış edir və tamamilə anti-Azərbaycan, anti-xalq, anti-milli təbliğat ilə məşğuldur. Bu "müxalifət"in heç bir konstruktiv təklifi, fikri yoxdur. Azərbaycanın müstəqil dövlətçiliyinin qorunub saxlanılması, ildən-ilə qüdrətlənməsi və xalqımızın firavan gələcəyi sağlam düşüncəli, müasir təfəkkürlü gənclərimizdən, onların Vətənimizə, dövlətimizə, tarixi köklərimizə, milli-mənəvi dəyərlərimizə sadiqliyindən asılıdır".

sia.az

Digər xəbərlər