Siyasət

  • 4 236

Ağstafada bələdiyyə seçkilərinə uğurla start verildi

image

Bələdiyyə seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının seçki qərargahı Azərbaycan Respublikasının Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq, bələdiyyə seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində növbəti görüşü səhiyyə işçiləri keçirilib.

YAP Ağstafa rayon təşkilatının qərargahında keçirilən görüşü giriş sözü ilə rayon təşkilatının sədri Ramiz Tatarov açaraq qeyd edib ki, Yeni Azərbaycan Partiyasının bələdiyyə seçkiləri ilə bağlı apardığı işləri təhlil edərkən, belə qənaətə gəlmək olur ki, respublikada keçirilən bütün seçkilər, o cümlədən, bələdiyyə seçkiləri demokratik prinsiplər əsasında keçirilir: "Biz dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində səhiyyə işçilərinin yaxından iştirak edəcəklərinə əminik. Prezident İlham Əliyevin bütün sahələrdəki, o cümlədən, səhiyyə sahəsindəki islahatların davamlı şəkildə həyata keçirilməsində bələdiyyələr də artıq öz sözünü deməkdədir".
Görüşdə Ağstafa rayon mərkəzi xəstəxanasının baş həkimi Fatma Vəliyeva, uşaq xəstəxanasının baş həkimi İradə Batıyeva, həkimlərdən Teyyub Carçıyev, Xəyalə Ağakişiyeva və başqaları çıxış edərək, bələdiyyə seçkilərində yaxından iştirak edəcəklərini bildiriblər.

Rəfiqə HÜSEYNOVA

Digər xəbərlər