Siyasət

  • 3 940

"Hakimiyyətin qanunvericilik qanadı islahatlardan kənarda qala bilməz” AÇIQLAMA-ÖZƏL

image

“İslahatlar ölkənin bütün sahələrini əhatə etməkdədir. Ölkəmizin vətəndaşları bu islahatlardan çox şey gözləyir və ölkə başçısı bu etimadı doğrultmaq üçün bütün resursları, zəngin bilik və təcrübəsini səfərbər edib”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Nəzakət Məmmədova deyib.Azərbaycan Prezidenti tərəfindən verilən qətiyyətli və cəsarətli qərarların xalqımız tərəfindən təqdirəlayiq addımlar kimi qəbul edilib, alqışlandığını deyən politoloq söyləyib ki, dərin, köklü, çoxşaxəli islahatlar prosesi icra strukturlarını tam əhatə edib: “Belə bir şəraitdə hakimiyyətin digər əsas qolu olan qanunvericilik qanadı proseslərdən kənarda qala bilməz”.N.Məmmədova qeyd edib ki, aparılan məqsədyönlü islahatlara adekvat olaraq, zamanın çağırışları ilə ayaqlaşmaq, proseslərə bütün gücü ilə qoşulmaq üçün parlamentin buraxılması və növbədənkənar yeni seçkinin keçirilməsi məsələsi ölkəmizin siyasi və ictimai gündəmindədir: “Hakim partiyanın təşəbbüsü ilə növbədənkənar seçkilərin keçirilməsi təqdirəlayiqdir. Getdikcə insanların siyasi savadı, dünyagörüşü, ən əsası da ölkə prezidentinin apardığı real, praqmatik, milli maraqlara uyğun yeridilən siyasət nəticəsində demokratiyaya inam artır. Ölkəmizdə keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyan islahatlar real olaraq, əsl mahiyyətinə, Azərbaycan xalqının öz iqtidarından olan gözləntilərinə uyğun şəkildə davam etməkdədir”.

sia.az

Digər xəbərlər