Siyasət

  • 3 964

Pərvin Kərimzadə: Mehriban xanım Əliyevanın humanist addımı sənətə, sənətkara hörmətin təsdiqidir

image

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın dekabrın 4-də milli musiqi mədəniyyətimizin görkəmli nümayəndəsi, Xalq artisti Əlibaba Məmmədovun evində qonaq olması, ustad xanəndə ilə səmimi söhbəti ölkəmizdə dövlət səviyyəsində mədəniyyətin və incəsənətin inkişafında xidmətləri olan şəxslərə olan böyük hörmətin nümunəsidir.
Bunu Gəncə Dövlət Universitetinin Elm və innovasiyalar üzrə prorektoru, millət vəkili Pərvin Kərimzadə bildirib.
Pərvin Kərimzadə qeyd edib ki, mədəniyyətimizin, xalq musiqilərimizin, bənzərsiz muğamlarımızın inkişafı, mənəvi sərvətlərimizin qorunması, beynəlxalq aləmdə daha yaxından tanınması kimi şərəfli və məsuliyyəti missiyanı üzərinə götürən Mehriban xanımın humanist, nəcib addımı dədə-babalarımızdan bizə miras qalmış ağsaqqallara, ağbirçəklərə, ədəbiyyata, incəsənətə, şeirə, təsviri sənətə, musiqiyə, bir sözlə, sənətkara hörmətin təsdiqidir. Dövlət xadiminin musiqi mədəniyyətimizin görkəmli nümayəndəsini evində ziyarət etmək təkcə musiqisevərlər tərəfindən deyil, ictimaiyyət tərəfindən də rəğbətlə qarşılanıb.
Mehriban xanım Əliyevanın ölkə Prezidenti cənab İlham Əliyevlə regionlara səfər edərkən vətəndaşlara göstərdiyi diqqət, qayğı, onlara müraciət edən hər kəslə çox mehriban davranmağı, xüsusən yaşlılara, körpələrə olan münasibəti bunun əyani sübutudur. Valideyn himayəsindən məhrum olmuş və uşaq evlərində tərbiyə alan uşaqlarla görüşlərində bu nəcib xanımın səmimiyyəti, içdən gələn rəftarı insanı heyran etməyə bilməz.
Birinci vitse-prezident təyin olunmasından keçən müddət ərzində Mehriban xanım Əliyevanın Vətən və xalqı qarşısında xidmətləri birə beş artıb, təhsilin, səhiyyənin, mədəniyyətin, idmanın inkişafı, həqiqətlərimizin təbliği, milli-mənəvi dəyərlərimizin qorunması, dünya xalqlarının mədəniyyətinə inteqrasiyası istiqamətində gördüyü işlər, atdığı addımlar xalq tərəfindən daim böyük razılıqla, qarşılanıb.
“Bu gün Mehriban xanım Əliyeva özünəxas nəcib, humanist və insanpərvər xarakteri ilə tarixə Azərbaycan qadınının ictimai fəaliyyətinin yeni səhifəsini yazır. Mehriban xanım Əliyevanın elm, təhsil, mədəniyyət və idman sahələrinin inkişafına yönəlmiş fəaliyyəti, ölkədəki quruculuq proseslərində yaxından iştirakı Azərbaycan qadınının modern tələblərə uyğun obrazı bu nəcib xanımın timsalında dünyaya nümayiş etdirilir”- millət vəkili vurğulayıb.

yap.org.az

Digər xəbərlər